Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
50460
az

Putin niyə İlham Əliyev və Paşinyana zəng edib? - “O demək istəyir ki...”

22:4312 Mart, 2021
3207
SİYASƏT
  • A

"Kremlə həm Bakıdan, həm də İrəvandan şikayətlər gedir. Bakı İrəvanın kommunikasiya xətlərinin açılmasını uzatdığını bildirir, İrəvan isə əsirlərin geri qaytarılmadığını iddia edir. Buna görə də Rusiya prezidenti Vladimir Putin iki ölkənin lideriylə telefon danışığına ehtiyac duyub. Putin telefon danışığında atəşkəsə riayət edilməsindən razı qaldığını bildirərək, 9 noyabr və 11 yanvar bəyanatlarının yerinə yetirilməsinin durumunu tərəfdaşlarıyla müzakirə edib".

Bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Vladimir Putinin bu gün İlham Əliyev və Nikol Paşinyana zəng etməsini şərh edərkən qeyd edib.

Politoloqun fikrincə, telefon zənginin iki mənası var:

"Birincisi, Putin demək istəyir ki, proses onun nəzarəti altındadır, ikincisi tərəflər 9 noyabr və 11 yanvar bəyanatlarının yerinə yetirilməsini sürətləndirməlidirlər. Bəyanatları yerinə yetirməyən varsa, o da Ermənistandır, Dağlıq Qarabağda hələ də əli silahlı separatçılar var, İrəvan kommunikasiya xətlərinin açılmasına maraq göstərmir və bunun nəticəsidir ki, 1 mart tarixinə qədər liderlərin masasına təkliflər paketi təqdim edilməyib".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanla İspaniya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirildi
Putin Pezeşkianla ÜZ-ÜZƏ GƏLİR -"Ciddi söhbət olacaq"
Qərb qüvvələrinin Azərbaycana təzyiq göstərmək cəhdləri faydasızdır - Zaxarova

Çayı qətiyyən belə içməyin: ÖLDÜRÜR

18+

İntim əlaqədə olublarmış— Bakıdakı cinayətin təfərrüatı
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Alimlər yeni pandemiyaya səbəb ola biləcək virusları aşkarlayıblar
Lənkəranda dələduzluq edən şəxs həbs olundu