Novruz bayramı ilə əlaqədar bütün sosial ödənişlər bayramdan qabaqkı tarixlərdə həyata keçiriləcək.
Oxu24.com Trend-ə istinadən bildirir ki, Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov deyib.
Onun sözlərinə görə, ümumilikdəı ödənişlər konkret qrafiklə həyata keçirilir.
H.Məmişov bildirib ki, cari ay üçün həyata keçirilən ödənişlər elə həmin ayın ödənişidir: "Məsələn, bunu əməkhaqqı ilə müqayisə etmək olar. Biz əməkhaqqını ayın 8-də deyil, ayın sonunda alırıq. əslində pensiya və digər sosial ödənişlər də ayın sonunda alkınmalıdır. Lakin Əmək və Əhalinin Sosal Müdafiəsi Nazirliyi bütün aidiyyatı qurumlarla birlikdə razılığa gələrək ödənişləri qrafiklərə bölüblər".
H.Məmişov qeyd edib ki, Bakı, Sumqayıt Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası üçün bu ödənişlər hər ayın 8-10-da ödənilir. Respublikanın digər rayonları üçün bu ödənişlər ayın 15-17-i aralığında ödənilir. Müvainət və təqaüdlər ayın 25-27-də ödənilir. Ünvanlı yardım isə 28-də ödənilir.
Fond sədri əlavə edib ki, bayramla əlaqədar respublika üzrə pensdiya ödənişlərinin martın 16-da tamamlanması nəzərdə tutulur. Müavinət, təqaüd və ünvanlı sdövlət yardımın ödənişinin martın 19-dək tamamlanması planlaşdırılır.
Oxu24.com
ŞƏRHLƏR