Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
50451
az

Azərbaycanda məşhur meyxanaçı söyüşə görə öldürülübmüş - ŞOK TƏFƏRRÜAT +VİDEO

20:4012 Mart, 2021
3644
ÖZƏL BÖLÜM
  • A

Bəziləri şayə olduğunu desələr də, öz vikipediya hesabında bu fakt qeyd olunub: xəstəxanaya gec çatdırıldığı üçün güclü qanaxmadan dünyasını dəyişib. Biri var idi, ən yaxın dostu tərəfindən bıçaqlanan, xəstəxanaya gec çatdırıldığı üçün ömrünün çiçəklənən yaşında gözlərini əbədi yuman meyxanaçı Elçin Atakişiyev! 

Oxu24.com xəbər  verir  ki, Elçin Arif oğlu Atakişiyev 31 oktyabr 1968-ci ildə Bakının Maştağada doğukub. Atası Arif kəndin tanınmış xanəndələrindən olub.  O, muğam və qəzəllərin mahir bilicisi olduğundan, şeirə, qəzələ və muğama rəğbət bəslədiyindən Elçin uşaq yaşlarından şeriyata həvəs göstərib.1975-ci ildə Maştağa qəsəbəsindəki 187-saylı orta məktəbə daxil olub. Məktəbi bitirəndə artıq kənd Elçini püxtələşmiş şair kimi tanıyırdı. Bir müddətdən sonra Elçin hərbi xidmətə yollanır və həqiqi hərbi xidmətini başa vurur. 

Elçinin İki qardaşı var, Faiq və Şahin. Elçin Atakişiyev bu gün çoxlarının sevdiyi, lakin müəllifini bilmədiyi bir çox musiqili meyxanaların, mahnıların müəllifiri. Uzun illər toy repertuarlarının şah əsəsri olan “Olmuşuq məsti xumar” da Elçinə məxsusdur.

Elçin kitab oxumağı çox sevərmiş. Gecələri qaranlıq otaqda şam işıqında oturub kitab oxuyar, şeir-qəzəl yazarmış. Toylara dəvət olunduğu üçün insan adlarının mənasını kitablardan öyrənərmiş. Qardaşı ondan soruşanda ki, bunlara niyə vaxt ayırırsan,  Elçin deyərmiş: mən meyxanaçıyam məndən dediyim sözün və çəkdiyim adların mənasını soruşa bilərlər. 

Onun könül oxşayan avazlı səsi var idi. Meyxana meydanındakı biri-birindən mənalı meyxanaları Elçinin qısa zaman ərzində şöhrət qazanmasına səbəb oldu. Azərbaycanın müxtəlif bölgələrinə dəvətlər alaraq xalqın ürəyinə yol tapdı.1992-ci ildə Azərbaycanın ilk şoumeni Qorxmaz Əlilinin rəhbərliyi ilə keçirilən Respublika Meyxana Müsabiqəsində Elçin öz istedadı və mənalı meyxanaları ilə birinci yerin qalibi oldu. Buna görədə Elçinə rəsmi olarağ pul mükafatı təqdim olundu.

Elçin Ağasəlim Çıldağ, MollaMəmməd, Nizami Rəmzi, Bayram Kürdəxanılı, Kərim, Ağamirzə, Məşədibaba və digər meyxana ustaları ilə birlikdə el şənliklərində, televiziya-radio efirlərində və konsertlərdə meyxanalar deyib. Yaşadığı Maştağa kəndində onu Şair deyərək çağırardılar. 

Elçin deyəndə Məşədibaba, Məşədibaba deyəndə Elçin ilk yada düşən adlardır. Bu iki şəxs eyni kəndin yetirmələri, həmkar olmaqları ilə yanaşı yaxın dost olublar. Sonu faciə ilə bitən bu dostluq deyilənə görə onların bəzi həmkarlarını da narahat edirmiş. Çünki onlar hər ikisi olduqca istedadlı meyxanaçı və qəzəlxan kimi göz görə-görə rəqiblərini ötüb keçirdilər. Onlar isə həmin məşum günə qədər toylarda meyxana deyər, deyişər, rəqib olar, həyatda isə dostluqlarını davam etdirərdi:

Gələk həmin məşum günə... Sonu ölümlə nəticələnən bu anlaşmazlığa dumanlı məclislərin birində Elçinin deyişmə zamanı dediyi çox adi bir ifadə olub. Sonradan şişirdildiyi kimi həmin ifadədə, “ana, arvad” və s. Kimi ifadələr də səslənməyib. Hətta Elçinin o cavabını Məşədibaba təbəssümlə qarşılayıb və dostuna cavab verib, meyxana davam edib. 

O zaman Məşədibaba və Elçinə yaxın olan şəxslərin dediyinə görə Məşədibabanın Elçini bıçaqla vurması onu öldürmək yox, bir növ cəzalandırmaq məqsədi daşıyıb. Məşədibaba dostunu öldürmək istəmirdi, ancaq idealları naminə onu vurmaqdan başqa çarə tapa bilmir. Təbii ki, bu qətlin baş verməsinə mühit, murdar rəqabət, gənclik, təcrübəsizlik, səhv başa düşülən cayıllıq prinsipləri səbəb oldu. Əks halda bir birinə bu qədər yaxın olan iki dost arasında ölümlə bitəcək bir problem yarana bilməzdi.

Deyilənə görə 1994-cü ildə, həmin hadisə baş verən gün Elçin  maraqlanaraq həmin gün Məşədibaba ilə eyni cür geyinmək istəyib. Qətlin başqa səbəblərdən baş verdiyi Elçinin atasının məhkəmədə dediyi sözlərdən də aydın görünür: "Bir oğlum məzara getdi, o birisini zindana göndərməyin". 
Həmin vaxt məhkəmə də durumu nəzərə alır, adam öldürməsinə rəğmən Məşədibaba 6 il həbs çəkir. Azadlığa çıxdıqdan sonra daim Elçinə etdiyinə görə peşmanlıq çəkib. Şahidlərin sözlərinə görə Məşədibaba həbsxanadan çıxdığı gün ilk olaraq Elçinin qəbrinin üstünə gedib. 
Elçinin ölümündən sonra o dəfələrlə müxtəlif məclislərdə, deyişmələrdə xatırlandı. Dəfələrlə deyişdiyi meyxanaçılardan olan mərhum Molla Məhəmməd toylardan birində Elçini belə xatırlayır:

Elçinin ölümünə şəxslərlə bağla səslənən bütün fikirlər isə iddia olaraq qalır. Təbii ki, bu iddiaların heç biri hüquqi sənədlərdə təsdiqini tapmadığı üçün biz də bu variantların üzərindən ciddi hökm verə bilmirik. Təsdiqlənmiş fakt isə yerində qalır: Elçini 11 fevral 1994-cü ildə ən yaxın dostu və həmkarı Məşədibaba bıçaqlayaraq öldürüb.  

Nəticə etibarı ilə həm Elçin, həm də Məşədibaba bədbəxt olur. Aralarından su keçməyən iki dostdan biri digərinin qatilinə çevrilir... Məşədibaba da həmin hadisədən sonra bir ömür peşman yaşayır və sonda faciəvi şəkildə canına qıyır.

 

Video:  1000 Production

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir?
Nə gözlənilirdi, nə oldu...- Berbok Bakıya niyə gəlmişdi?
Kimlərin gəlirlərinə vergi güzəşti tətbiq ediləcək?

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Ərini öldürdü