"Qarlı hava şəraitinə baxmayaraq Heydər Əliyev Beynəlxalq Aeroportu adi qaydada işləyir".
Bunu Oxu24.com-a açıqlamasında "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Mətbuat katibi Paşa Kəsəmənski bildirib.
"Aviareyslərlə bağlı dəyişiklik, təxirəsalma yoxdur. Sabahla bağlı isə hələ nəsə demək olmaz. Hava şəraitindən aslı olaraq sabah üçün də reyslərlə bağlı qərar veriləcək".
Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, martın 13-də Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı gözlənilir.
Oxu24.com
ŞƏRHLƏR