Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
50359
az

Pensiyaya çıxa bilmək üçün mütləq əməl etməlisiniz - QAYDALAR

21:2910 Mart, 2021
2636
İQTİSADİYYAT
  • A

Hazırda Azərbaycanda kişilərdə pensiyaya çıxmaq yaşı kişilərdə 65 yaş, qadınlarda isə 62 yaşdır.

“Əmək pensiyaları haqqında” qanunun tələblərinə görə, pensiyaya çıxmaq yaşı bundan sonra kişilərdə dəyişməyəcək. Qadınlarda isə 2027-ci ilədək hər il altı ay artırılaraq 65 yaşa çatdırılacaq.

Məlumat üçün bildirək ki, əmək pensiyaları hazırda 2 hissədən ibarətdir: Sığorta və yığım hissələr.

Sığorta hissəsi -  hər bir şəxs işlədiyi dövrdə Dövlət Sosial Müdafiə Fondunda onun adına açılan fərdi hesaba aldığı əməkhaqqından məcburi sığorta ödənişləri edilir. Bu vəsait pensiya kapitalı hesab olunur. 

Yığım hissəsi isə fərdi hesaba yığılan könüllü ödənişlər əsasında formalaşır. Ancaq qeyd edək ki, hazırda bu sistem tətbiq olunmur.

Əmək pensiyası necə hesablanır?

65 yaşı tamam olan şəxsin (qadınlarda hazırda 62 yaş) pensiya ala bilməsi üçün fərdi hesabında toplanan vəsaiti, yəni pensiya kapitalı minimum səviyyədə olmalı, ya da ən azı 25 il iş stajı olmalıdır.

Pensiya kapitalının minimum səviyyəsi isə minimum pensiya məbləğinə uyğun müəyyənləşir. Azərbaycanda hazırda minimum pensiya məbləği 200 manatdır. Bu məbləği gözlənilən pensiya ödənişi müddətinə (144) vurduqda 28 min 800 manat edir. Yəni, pensiyaya çıxmaq üçün pensiyanın sığorta hissəsində ən azı 28 min 800 manat olmalıdır, ya da 25 il iş stajı olmalıdır. Bu iki şərtdən biri olmadığı təqdirdə insanlar 65 yaşına çatsa belə əmək pensiyası ala bilməyəcəklər. 

Qeyd edək ki, gözlənilən pensiya ödənişi müddəti və pensiya kapitalı sabit deyil. Azərbaycanda gözlənilən pensiya ödənişi müddəti gözlənilən orta ömür uzunluğundan pensiya yaşının çıxılması ilə müəyyən olunur. Açıqlanan son məlumata görə Azərbaycanda gözlənilən orta ömür uzunluğu kişilər üçün 73,2 yaş, qadınlar üçün 77,8 yaş təşkil edir. Bu yaşdan pensiya yaşını çıxdığımız zaman kişilər üçün gözlənilən pensiya ödənişi müddəti 8,2 il (97,2 ay), qadınlar üçün gözlənilən pensiya ödənişi müddəti 15,8 il (189,6 ay) olur və nəticədə Azərbaycanda gözlənilən pensiya ödənişi müddəti 12 il (144 ay) edir. Gələcəkdə qadınlarda pensya yaşının artması və gözlənilən orta ömür uzunluğunda qeydə alınacaq dəyişikliklər gözlənilən pensiya ödənişi müddətinin dəyişməsinə səbəb olacaq.

Eyni zamanda minimum pensiya məbləğinin dəyişməsi də minimum pensiya kapitalının (28 800 manat) dəyişməsinə səbəb olacaq. Məsələn, əgər minimum pensiya 300 manat olarsa, o zaman pensiyaya çıxa bilmək üçün pensiyanın sığorta hissəsində ən azı 43 min 200 manat olmalıdır.

İnsanlar pensiyaya çıxdıqdan sonra nə qədər pensiya alacaqlarını isə fərdi hesablarında toplanan pensiya kapitalını  gözlənilən pensiya ödənişi müddətinə bölməklə müəyyən edə bilərlər. Məsələn, 65 yaşı tamam olan bir şəxsin fərdi hesabında 35 min manat pensiya kapitalı yığılıbsa, o zaman həmin şəxs ayda 243 manat (35000/144) pensiya alacaq. /

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xəbərdarlıq edildi: Mayın 1-dən bu içkinin qiyməti artacaq
Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ: Sabah saat 11:00-dan...
Əhaliyə bəd xəbər: BAHALAŞACAQ...

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi