Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
50329
az

Azərbaycan Laçın dəhlizini BAĞLAYA BİLƏR - Deputat ŞOK DETALLARI AÇDI

00:2610 Mart, 2021
5709
ÖZƏL BÖLÜM
  • A

Ermənistan Zəngəzur dəhlizinin açılmasını yubatmağa çalışır. Bunu Yeni Azərbaycan Partiyasının (YAP) son qurultayında ölkə başçısı İlham Əliyev də dilə gətirdi. Prezident onu da qeyd etdi ki, Azərbaycanın Ermənistanı Zəngəzur dəhlizini açmağa təhrik edəcək imkanları da kifayət qədərdir.

Bəs Azərbaycan Ermənistanın “Nuh deyib peyğəmbər demədiyi” halda rəsmi Bakı İrəvana qarşı hansı sərt addımları ata bilər. Yəni, hazırda Bakının əlində bu cür imkanlar varmı?

Rusiyalı ekspertlər hesab edir ki, Nikol Paşinyan Zəngəzur dəhlizini açmamaq üçün Bakıya və Moskvaya qarşı son kartlarını oynayır. Rusiyalı ekspertlər bu yolun gec-tez açılacağını dilə gətirirlər.

Azərbaycanlı politoloqlar isə hesab edir ki, Naxçıvanla dəhlizi açmaq, müharibədə məğlub olan ölkənin “qolunu burub yola gətirmək üçün” rəsmi Bakının əlində bir sıra rıçaqlar mövcuddur.

Oxu24.com  xəbər  verir  ki, Millət vəkili Rasim Musabəyov Publika.az-a açıqlamasında söyləyib ki, Ermənistanın Zəngəzur dəhlizinin açılmasına törətdiyi maneələr ondan ibarətdir ki, İrəvan üçün məqbul sayılmayan, ancaq məcburən imzaladığı 10 noyabr üçtərəfli bəyanatını öz istədiyi şəkildə yozmağa çalışacaq. Deputatın fikrincə, hazırda Ermənistan öz ordusunu Azərbaycan torpağından çıxarmaq əvəzinə, çalışır ki, orduda vaxtı bitmiş hərbçilərinin yerinə bizim ərazilərə yenidən kontingent göndərsin:

“Yenidən yeni çağırışla hazırda Azərbaycanın nəzarətində olmayan ərazilərə hərbçilər göndərməyə cəhdlər göstərir. Bu isə bizim üçün məqbul deyil. Azərbaycan bunun qarşısını alır. Amma ermənilər bu cür cəhdlərinə davam edir. Ermənistan hesab edir ki, hələlik onların Rusiyaya daşıyacağı heç nələri yoxdur. Nə sənayesi, nə də iqtisadiyyatı var. Hər şey ölüb. İrəvan hesab edir ki, hazırda Zəngəzur dəhlizinin açılması daha çox Bakıya lazımdır. Ona görə də “yox” deməklə Zəngəzur dəhlizini alver predmetinə çevirmək istəyirlər”.

Rasim Musabəyov vurğulayıb ki, Naxçıvanla dəhlizin açılması məsələsi üçtərəfli bəyannamədə də öz əksini tapıb. Yəni, Naxçıvanla Azərbaycanı birləşdirən dəhliz olmalıdır:

“Bu avtomobil yoludursa, Qarints-Şahbuz yoludur. Bu yol sovetlər dönəmində də olub. Digər alternativ yol isə Mehridəndir. Onun da qarşısını “mız-mız”la almağa çalışırlar. Ortalıqda müəyyən resurslar mövcuddur. Erməniləri ağıla gətirmək üçün Azərbaycanın əlində müəyyən resurslar var. Birinci növbədə Rusiya bu yolun açılmasında maraqlıdır. Moskva sabitliyin qorunub-saxlanmasında da maraqlı olduğunu gizlətmir. Biz sülhməramlıların Azərbaycan ərazilərinə logistika daşınmasını çətinləşdirə bilərik”.

Deputatın sözlərinə görə, ermənilər çox “hoppanıb düşərsə”, Azərbaycanın Laçın dəhlizini də bağlaması mümkündür: “Təbii ki, bu gərginliyi artıracaq. Amma Ermənistanı ağıllandırmaq üçün Azərbaycan məcburiyyət qarşısında qalarsa, bu cür sərt addımları da ata bilər. Hələ ki, biz vəziyyətin bu cür ola biləcəyini göstərməyə çalışaraq Ermənistanı ağıllandırmaq yolunu tutmalıyıq. Həmin sərt addımları həyata keçirmək hələ ki, tezdir”.

Görünən odur ki, Naxçıvanla dəhlizin açılması və bölgənin ticari əlaqələrinin inkişafı üçün Zəngəzur dəhlizinin açılmasını çox gözləməyəcəyik. Ən azından burada Türkiyə və Rusiya amili də var. Rusiya öz for-postunun qulağını buraraq onu yola gətirəcək.

Türkiyə də Ermənistana qarşı müəyyən sərt tədbirlər almaqla İrəvanın Zəngəzur daşını ətəyindən tökəcək. Azərbaycanın Laçın dəhlizini bağlaması isə təkcə Ermənistanı yox, eləcə də Rusiyanı çətin vəziyyətə sala bilər. Bunu Kreml də, İrəvan da çox yaxşı anlayır.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir?
Nə gözlənilirdi, nə oldu...- Berbok Bakıya niyə gəlmişdi?
Kimlərin gəlirlərinə vergi güzəşti tətbiq ediləcək?

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Ərini öldürdü