Dünya Məhkəməsi "Odnoklassniki" sosial şəbəkəsini 23 yanvarda keçirilən mitinqlərə edilən çağırışları silmədiyinə görə 4 milyon rubl cərimə edib.
Oxu24.com ted.az-a istinadən bildirir ki, Odnoklassniki rəhbərliyi məhkəmə qərarından apellyasiya şikayəti verəcəyini bildirib.
Xatırladaq ki, 20 yanvarda "Roskomnadzor" sosial şəbəkələrdən "yetkinlik yaşına çatmayanların qanunsuz hərəkətlərə cəlb edilməsinə yönəlmiş" məlumatların yayılmasının dayandırmalarını tələb edib. Odnoklasniki mitinqlərdə iştirak çağırışlarına görə real cərimə alan ilk sosial şəbəkə olub.
Bundan əvvəl "Roskomnadzor" Feysbuk, İnstaqram, Tvitter, TikTok, VKontakte, Odnoklassniki, YouTube və Teleqrama qarşı protokollar tərtib edəcəyini vəd etmişdi.
Oxu24.com
ŞƏRHLƏR