Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
50309
az

Kapital Bank sahibkar xanımların inkişaf etməsi üçün yeni layihə təqdim edib

20:0609 Mart, 2021
2022
  • A

Kapital Bank 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə yeni “Women of Azerbaijan” layihəsini təqdim edir. Layihə çərçivəsində Azərbaycanda uğurlu qadın sahibkarlar biznes qurmağın yolları, uğur qazanmağın sirləri və öz dəyərli məsləhətləri ilə bölüşüblər. 

Azərbaycan qadını hər zaman öz məğrur xasiyyəti, ailə dəyərlərinə sadiq olması və cəmiyyətin formalaşmasında müstəsna rolunun olması ilə seçilib. Lakin bütün bu xüsusiyyətlərə baxmayaraq ölkədəki qadınlar kişilər ilə müqayisədə sahibkarlıq, karyera inkişafı və rəhbər vəzifələrdə təmsil olunmaları baxımından daha az göstəricilərə malikdirlər. Statistik göstəricilərə əsasən Azərbaycanda olan sahibkarların ümumi sayının yalnız 2%-ni xanımlar təşkil edir.

Məhz bu rəqəmin artmasına töhfə verən, həmçinin qadınların öz biznesinin qurmasına stimul yaradan Kapital Bank “Women of Azerbaijan” layihəsi çərçivəsində ölkənin tanınmış sahibkar xanımlarının müsahibələrindən ibarət platforma hazırlayıb və sosial şəbəkələrdə yerləşdirilib – //www.instagram.com/womenofazerbaijan/. Layihə barədə #365daysofwomen həştəqi vasitəsilə də məlumat almaq mümkündür. Platforma hamıya açıqdır və təcrübəsini bölüşmək istəyən xanımlar daxil olub, dəyərli məsləhətlərini verə bilərlər. 

Layihə çərçivəsində Kapital Bank xanım sahibkarlara və şirkət rəhbərlərinə yeni “Zərif” tarif paketini təqdim edib. Tarif paketinə qoşulmaq istəyən xanım sahibkarlar sayta daxil olub, onlayn formada müraciət edə bilərlər – //kapitalbank.az/corporate-banking/packages-zarif.

Paket daxilində cari hesabın açılması, 3 illik sahibkar, biznes və ya əmək haqqı kartları, POS terminal üçün aylıq xidmət haqqı, nağd pul vəsaitlərinin istənilən filialdan cari hesaba mədaxil edilməsi, nağd pul vəsaitlərin məxarici, milli valyutada köçürmələr, xarici valyutada bankdaxili köçürmələr, əmək haqqı kartlarına mədaxillər və nağdsız valyuta mübadiləsi tam olaraq pulsuz, ölkə xaricinə köçürmələr isə endirimli tariflərlə təqdim olunur. 30 aprel 2021-ci il tarixinədək paketi əldə edən xanımlara, həmçinin 3 illik Visa Business Gold kartı hədiyyə olunur.

Müştəri Bank sisteminə qoşulmaq və “Zərif” tarif paketini sifariş etmək üçün //cb.kapitalbank.az/login linkinə keçid etmək kifayətdir. Qeyd edək ki, Müştəri Bank sistemi vasitəsilə həyata keçirilən bütün köçürmələr zamanı 25%-dək güzəşt əldə etmək mümkündür.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Avropada qazın qiyməti ötən ilin ən yüksək səviyyəsinə qalxıb
Azərbaycanda pul bazası 2.6 mlrd. manat artıb
Ölkədə fəaliyyət göstərən muzdlu işçilərin sayı açıqlanıb

Alimlər Avropanın mərkəzində kütləvi at sümükləri olan yer tapıblar

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
3 nəfərin bank kartından oğurluq edənlər saxlanıldı