Hafiz Hacıyev: “300 nəfərlik böyük şadlıq saraylarında 50 nəfərin bir yerə toplaşıb toy etməsində nə problem var?”.
Azərbaycanda artıq bir ildir ki, koronavirus pandemiyası səbəbindən toyların keçirilməsi qadağan edilib. Bəzi cütlüklər toylara icazə veriləcəyi zamanı gözləmədən nikaha daxil olsalar da, yüzlərlə gənc hələ də ailə quracağı günü səbirsizliklə gözləyir. Ölkədə nikahların sayının azalması müəyyən sosial problemlərin yaranmasına da gətirib çıxara bilər.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, insanlar onsuz da avtobuslarda ara məsafəsi olmadan hərəkət edirlər. Qeyri-rəsmi məlumatlara görə, ölkədəki cütlüklərin təxminən 30 faizi öz nişanını pozub. Bu bizim üçün çox böyük mənfidir. Hər halda bu məsələlər dövlət səviyyəsində həll olunmalıdır. TƏBİB dərmanlarını satmaq məqsədi ilə bu addımı atır. Biz hamımız istərdik ki, toylara icazə verilsin və gənclər ailə quraraq xoşbəxt olsunlar”.
Hafiz Hacıyev deyib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın nə işlə məşğul olduğunu anlaya bilmir: “Bunlar ictimai rəyi öyrənirlər ya yox, bəlli deyil. Yoxsa onlar səhər oyanıb öz bildiklərini tətbiq edirlər?. Bunların hamısını təxribat kimi qiymətləndirirəm. Onsuz da insanlar ictimai nəqliyyatda bir yerə sıx toplaşırlar. 300 nəfərlik böyük şadlıq saraylarında 50 nəfərin bir yerə toplaşıb toy etməsində nə problem var, anlamıram. Bu məsələlərə çox neqativ yanaşıram. TƏBİB-in sədri pul yığdırmaqla məşğuldur. Hər halda onun da vaxtı çatacaq. Təklifim odur ki, toylara icazə verilməlidir və insanlar ailə quraraq xoşbəxt olmalı və doğulan uşaqların sayı artmalıdır”.
Oxu24.com
ŞƏRHLƏR