“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdiri Elnur Abbasov mətbuata məlumat verib ki, hər bir vətəndaşın topladığı sığorta haqqının ona 12 il müddətində ödənməsi nəzərdə tutulur.
Ancaq bəzi vətəndaşlar isə pensiyaya çıxdıqdan sonrakı müddətdə 12 ildən çox müddətdə pensiya alırlar. Bu insanların topladıqları pensiya kapitalı bitsə də, onların ödənişlərini Dövlət Sosial Müdafiə Fondunun vəsaitləri hesabına davam edir.
12 ildən artıq pensiya alanlar arasında yaşa görə pensiyaya çıxanlar daha çoxdur. Bu isə ölkə üzrə uzunömürlülük yaş həddinin artması ilə əlaqədardır. Nədənsə, dövlət məmuru pensiya çıxandan sonra 12 il yaşamayanlar barədə heç bir açıqlama verməyib”.
Bunu ekspert Qubad İbadoğlu deyib.
“Məsələ burasındadır ki, 1997-ci ildə Azərbaycanda doğulan şəxslərin gözlənilən ömür uzunluğu 71 ildir. 65 yaşında pensiya çıxan həmin şəxslər belə çıxır ki, orta hesabla 6 il pensiya alacaqlar, amma onlar pensiya çıxanda yığdıqları pensiya kapitalını 12 ilə, yəni 144 aya bölüb, ona aylıq ödənişlər ediləcək. Belə şəxslər ən yaxşı halda ödədiyi pulun 6 ilini, yəni 72 ayını ala biləcəklər. Bəs, qalan 72 ayın ödənişindən nədən danışmırsınız? Nədən gözlənilən ömür müddəti ilə pensiya yaşı arasında fərq 6 il olduğu halda onun ödənişi 12 ilə bölüb 6 ilini vermirsiniz? İllərlə sığorta haqqı ödəyib, pensiya kapitalı formalaşdırıb, pensiya yaşına çatmayanların hesabında olan ödənişlərdən niyə danışmırsınız?” – Q.İbadoğlu bildirib.
Oxu24.com
ŞƏRHLƏR