Bəzi elektron media resurslarında polkovnik Elxan İbrahimovun Tibb Baş İdarəsinin rəisi vəzifəsindən azad edilməsi ilə bağlı məlumat yayılıb.
Bildiririk ki, polkovnik Elxan İbrahimov əvvəl olduğu kimi hazırda da Tibb Baş İdarəsi rəisinin müavini vəzifəsindədir.
Oxu24.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, Tibb Baş İdarəsinin rəisi vəzifələrinin icrası müvəqqəti olaraq polkovnik Firuddin Nəbiyevə həvalə edilib.
Oxu24.com
ŞƏRHLƏR