Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
49079
az

Qazla bağlı əhaliyə ŞAD XƏBƏR: qaydalar dəyişdi, 1 martdan başlayaraq...

18:1922 Fevral, 2021
3075
CƏMİYYƏT
  • A

Mart ayından etibarən dövlət yoxlanışı məqsədi ilə açılaraq götürülən qaz sayğaclarının yerinə quraşdırılacaq əvvəlcədən ödənişli sayğaclardan istifadə edəcək abonentlərə yeni imkanlar yaradılacaq.

Oxu24.com-a  “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə bildirir ki, mart ayından yeni quraşdırılacaq əvvəlcədən ödənişli sayğaclarda 20 kubmetr həcmində kredit almaq mümkün olacaq.

Bu günə qədər istifadədə olan əvvəlcədən ödənişli qaz sayğaclarında bu həcm 10 kubmetrə bərabər idi.

Məlumata görə, abonentlər bəzən qaz sayğacında qaz həcmi bitdiyi zaman növbəti dəfə kartın balansını artırana qədər müvəqqəti olaraq məhz bu kredit qaz həcmi hesabına ehtiyaclarını ödəyir.

Həm sosial şəbəkə, həm də ümumi müraciətləri nəzərə alaraq “Azəriqaz” İstehsalat Birliyi gələn aydan etibarən istismara veriləcək əvvəlcədən ödənişli qaz sayğaclarında bu imkanın proqramlaşdırılmasına qərar verib.

Hesab edirik ki, bu addım, abonent məmnuniyyəti üçün əhəmiyyətli olacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şok iddia: Sadıqov ev dustaqlığındadır
Məşhur sosial şəbəkələr çökdü
Prezident İlham Əliyev Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı paylaşım edib

Misirdə qədim abidə tapılıb

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Məşhur futbolçu saxlanılıb