Aralıq dənizində Türkiyənin Muğla vilayətinin Marmaris rayonuna yaxın bölgədə 4,1 bal gücündə zəlzələ olub.
Oxu24.com xəbər verir ki, bu barədə Türkiyənin Təbii Fəlakət və Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar Türkiyə vaxtı ilə 20:00-da qeydə alınıb. Zəlzələ Marmaris və Antalya başda olmaqla, ətraf bölgələrdə də hiss olunub.
Dağıntı və xəsarət alanlarla bağlı məlumat yoxdur.
Yeraltı təkanlar əhali arasında təşvişə səbəb olub.
Oxu24.com
ŞƏRHLƏR