Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4889
az

Nazir məktəblərlə bağlı tapşırıq verdi

22:4030 Avqust, 2018
1222
  • A
Təhsil naziri Ceyhun Bayramov “2018-2019-cu tədris ilində “Bilik günü”nün qeyd olunması və ilk dərs günləri haqqında” əmr imzalayıb.
 

Oxu24.com  xəbər verir ki, əmrə əsasən, Azərbaycanın bütün ümumtəhsil məktəblərində “Bilik günü” ictimaiyyət nümayəndələri, sabiq məzunlar, müharibə iştirakçıları və əmək veteranları, tanınmış təhsil və incəsənət xadimləri cəlb olunmaqla sentyabrın 15-də təntənəli şəkildə qeyd ediləcək.

Əmrdə “Bilik günü” tədbirinin saat 8.00-dan etibarən Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başlanması qeyd olunub. Həmçinin sentyabrın 15-nin şənbə gününə təsadüf etdiyindən 5 günlük tədris həftəsi tətbiq olunan məktəb və siniflərin şagirdlərinin, xüsusilə də birinci sinif şagirdlərinin müəllimlərlə görüşləri, sinif otaqları, dərs cədvəli ilə tanış olmaları, siniflərin növbəliliyi barədə məlumatlandırılmasının təmin edilməsi əmrdə yer alıb.

5 günlük tədris həftəsi tətbiq olunan məktəb və siniflərdə ilk dərs gününün 17 sentyabr hesab olunması, 6 günlük tədris həftəsi tətbiq olunan məktəb və siniflərdə isə dərslərin sentyabrın 15-də başlaması sənəddə əks edilib.

Yerli təhsili idarəetmə orqanlarına bu əmrdən irəli gələn məsələlərin həyata keçirilməsini təmin etmələri barədə tapşırıq verilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Elektriklə işləyən
Niyə qadınların yaşını soruşmaq olmaz?
Yeməkdən sonra su içməyin

Azərbaycanlı kosmonavt kosmosa bu tarixdə yola düşəcək

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Canlı yayımda qıza hücum etdi - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
FHN Bakıdakı güclü yanğınla bağlı məlumat yaydı - VİDEO/YENİLƏNDİ