Asif Nərimanlı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin Qarabağı müzakirə edib: rəsmi məlumatda iki məsələ qeyd olunur.
- Qarabağda nəqliyyat-kommunikasiya xətlərinin məhsuldarlığı üçün 3 ölkə mütəxəssislərinin bir araya gəlməsi;
- Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti;
Birinci məsələ: Türkiyə bölgədəki bütün işlərdə (hərbidən tutmuş nəqliyyat xətlərinə qədər) yer almaq istəyir, alacaq da...
İkinci məsələ: Mərkəzin fəaliyyəti ilə bağlı müzakirənin özündə erməni silahlı birləşmlərin çıxarılmasının tezləşdirilməsini də ehtiva etdiyi istisna deyil...
Ərdoğanla Putin sonuncu dəfə danışandan sonra Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətə başladı, ardınca sülhməramlıların Bakının mövqeyi qarşısında geri çəkildiyi bir neçə proses yaşandı, Xankəndidə müharibədən sonra əsas hadisə sayılacaq görüş baş tutdu və budur, Ərdoğanla Putin yenidən Qarabağı müzakirə edir: erməni silahlı birləşmələrin çıxarılması məsələsinin aktuallaşacağı mümkündür, qarşıdan bahar gəlir...
Oxu24.com
ŞƏRHLƏR