ARB TV-nin "Elgizlə İzlə” verilişinin növbəti qonağı gitara ifaçısı Rəhman Məmmədli olub.
İfaçı, Xalq artisti Rəmiş (Rafiq Hüseynov) haqqında söylədiyi fikrə aydınlıq gətirib:
"Mənə zəng vurub müsahibə üçün çağırdılar. Getdim. Dedilər ki, Rəmişi ziyarətə gedirik, bizimlə gələrsiniz? Dedim, axı o, reanimasiyadadır, yanına buraxmazlar. Dedilər, biz icazə alacağıq. Mən də razılaşdım, getdim. Tıxaca görə iki saata xəstəxanaya çatdıq. Ora iki gitaraçı gəldi, Rəmişin pəncərəsi önündə ifa etməyə başladılar. Bir saatdan da çox zamanım orada getdi. Mən də dedim ki, bura baxın, üç saat vaxtım itdi, mən bu qədər bekar adamam? Siz gedib Rəmişlə görüşün. Mənim bundan da vacib işlərim var”.
Gitaraçı, Rafiq Hüseynovun Rəmiş fenomeni yaratdığını da etiraf edib:
"Allah Rəmişə şəfa versin. Azərbaycana gitaranı o gətirib. Bu, danılmazdır. Müxtəlif ölkələrdə gitaramla ifa etmişəm, amma Rəhman fenomeni yaratmamışam. Lakin Rəmiş fenomeni var. Bir dəfə hətta, yolda balaca uşaqlar məni işarə edərək,"bax, Rəmiş” deyə göstərdilər”.
Oxu24.com
ŞƏRHLƏR