Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
48611
az

"Azərbaycanın paytaxtı bu şəhərə köçürüləcək"

18:0113 Fevral, 2021
1205
CƏMİYYƏT
  • A

Bir gün Azərbaycanın paytaxtını hansısa şəhərlə dəyişməli olsalar, bu, hara olardı? Bakını əvəz edə biləcək ikinci şəhər hara təyin edilmişdi? İlk başda arxivlərə baxmadan öncə ağlıma Gəncə şəhəri gəlmişdi ki, vaxtilə Gəncə Azərbaycanın paytaxt statusunu daşıyıb.

Amma arxivlərə baxdıqda şoka düşdüm desəm, yalan olmaz. Deməli, “Tam məxfi-1” qovluğunda bir məqalə var ki, zərurət olduğu təqdirdə bu üç ölkə öz paytaxtlarını dəyişməli olacaq. Bu, rus ekoloqu A.Ş.Şevstov “Paytaxt bir nömrəli strateji istehkamdır” məqaləsidir. Məqalə 1969-cu ilin iyun 15-də “Pravda” qəzetində də çap olunub.

Şevstov məqalədə deyir ki, “Sovet İttifqanında bir neçə respublika öz paytaxtlarını dəyişmək zərurətində qalacaq. Məsələn, ilk olaraq Qazaxıstanın paytaxtı olan Almatı şəhəri Astana ilə əvəz olunacaq. (1969-cu ildə məxfi qovluğa daxil olan bu məqalə 1997-ci ildə reallaşdı. Qazaxıstan paytaxtı Astana ilə əvəz etdi. Şəhərin indiki adı Nur-Sultandır).

İkinci ölkə Ermənistandır ki, ölkənin paytaxt olan Yerevanı yeni salınan Sevan şəhəri ilə əvəz edəcəklər. Üçüncü ölkə isə Azərbaycandır ki, paytaxt Bakını Cənnətabadla əvəz edəcəklər. Bəs yaxşı, bu, Cənnətabad haradır? Axı Azərbaycanda bu adda yer yoxdur. Yenə kitablara üz tutduqda gördüm ki, Cənnətabad ərazisi Kürlə-Arazın qovuşduğu yer olaraq göstərilir. Daha dəqiq desək, Saatlı-Sabirabad rayonları Cənnətabad ərazisi sayılırmış. Şevstovun məqaləsindən sonra SSRİ Nazirlər Sovetinin 11 saylı 1969-cu ilin rəsmi açıqlamasında qeyd olunur ki, gələcəkdə ehtiyac olarsa və yaxud lazım gələrsə, Saatlı-Sabirabad Bakını əvəz edə bilər. İndi hər birimizi bir məsələ maraqlandırır.

Axı o qədər rayonlar olduğu halda niyə Saatlı-Sabirabad? Keçmis İttifaqın “Ekoloji Ensiklopediyası” buna da aydınlıq gətirir ki, bu ərazilər təmiz və sağlam ərazilərdir. Amma zaman keçdikdən sonra Kür sularının altında qalması, Araz çayının qədim yatağının açılması bu ərazilərin paytaxt statusuna xələl gətirir. Zənnimcə, əgər zərurət olarsa, bu dövrdə artıq bu ərazilər paytaxt statusun daşıya bilməz.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sürücülərin NƏZƏRİNƏ: yeni qadağa qüvvəyə mindi
Öz qapısındakı qoyunu kəsənlərə 5 min dollar CƏRİMƏ
Limon suyunun möcüzəvi faydaları

Vanqa 2025-ci il üçün görün hansı proqnozu veribmiş — Dünya şokda

18+

İntim əlaqədə olublarmış— Bakıdakı cinayətin təfərrüatı
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Qadınlarda göbələk xəstəliyi
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı