Sığorta ödənişinin verilməsi ilə bağlı ŞAD XƏBƏR!
“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliyə əsasən dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə, işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar olunduqda, əmək müqaviləsinin müddəti bitdikdə işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar işsizlikdən sığorta ödənişini almaq hüququna malikdirlər.
Bu barədə Publika.az-a hökumətdən məlumat verilib.
Bildirilib ki, buna əsasən “Sığorta ödənişinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarında dəyişikliklər olunub.
Oxu24.com
ŞƏRHLƏR