“Hamı başa düşür ki, Azərbaycanda toy etməkdə məqsəd müəyyən qədər pul yığmaqdır və bu da o deməkdir ki, toya kifayət qədər insanlar gəlməlidir”
Azerforum.com bildirir ki, bunu Moderator.az-a açıqlamasında uzman həkim Vasif İsmayıl deyib. Onun sözlərinə görə yeni bir toy modelinə keçilsə və insanlar buna riayət etsə, bu baş tuta bilər:
“Toy dəvətnaməsi bu il olmayacaq. Amma yəqin ki, pandemiyanın ikinci dalğası olacaq. Peyvəndlənmə başarılı olsa, yəqin ki, yay aylarında rahat nəfəs ala bilərik. Yeni toy modelinə keçsək və insanlar qaydalara riayət etsə, bu baş tuta bilər. Amma hamı başa düşür ki, Azərbaycanda toy etməkdə məqsəd müəyyən qədər pul yığmaqdır və bu da o deməkdir ki, toya kifayət qədər insanlar gəlməlidir. Toylara icazə versələr və desələr ki, ancaq 50 adam iştirak edə bilər və onda kim bununla razılaşar? Bu cür qaydalarla razılaşsalar, heç bir problem olmaz. Bu dəqiqə hökumət peyvəndin nə qədər effektiv olub-olmadığını öyrənməyə çalışır və biz hamımız da bunu gözləyərik. Əgər peyvənd kütləvi olsa, o zaman daha kütləvi şəkildə peyvəndləmə aparılacaq”.
Xatırladaq ki, təkcə həkim kimi deyil, həm də aktiv ictimai xadim kimi də cəmiyyətdə xətir-hörmət sahibi olan V. İsmayılın bu gün doğum günüdür. Onun 46 yaşı tamam olur.
Oxu24.com
ŞƏRHLƏR