Bakının Xətai rayonu, Babək prospektində yerləşən “Baku Medical Plaza”da yanğın hadisəsi baş verib.
Metbuat.az Report-a istinadən xəbər verir ki, əraziyə FHN-in 3 yanğınsöndürən maşını və polis əməkdaşları cəlb edilib.
Yanğınla əlaqədar xəstələr tibb müəssisəsindən təxliyə olunub.
Oxu24.com
ŞƏRHLƏR