Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
48371
az

Bakıda həkim müalicə üçün gələn qadına təcavüz etdi — Şok olay

12:3008 Fevral, 2021
4649
18+
  • A

Bakıda “Diaqnoz” Tibb Mərkəzində şüa diaqnostikası üzrə həkim işləyən Naxçıvan sakini, 1966-cı il təvəllüdlü Çingiz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Çingiz Məmmədov paytaxtın Xətai rayonunda yerləşən “Diaqnoz” Tibb Mərkəzində şüa diaqnostikası üzrə həkim işlədiyi üçün zərərçəkmiş Validə Babayevanın (ad və soyad şərti verilib – red.) səhhətində olan nasazlıqlara görə müayinə olunmaq məqsədi ilə onun xidməti otağına gəlib.

Çingiz Məmmədov Validə Babayevanı rentgen müayinəsinin zəruri olduğunu və bunun çılpaq bədənlə həyata keçirildiyini deyib. O, Validə Babayevadan əynindəki bütün paltarları çıxartmasını və sinəsini rentgen cihazına dirəməsini tələb edib.

 


Validə Babayeva Çingiz Məmmədovun tələblərini yerinə yetirib.

Bundan sonra Çingiz Məmmədov otağın işığını söndürərək cinsi ehtirasını təmin etmək məqsədi ilə Validə Babayevanı arxadan qucaqlamağa və əlləri ilə sonuncunun döşlərini sıxmağa, əllərini cinsi nahiyələrində gəzdirməyə başlayıb.

Validə Babayeva Çingiz Məmmədovun niyyətini anlayaraq müqavimət göstərməyə və qışqırmağa başladıqda isə əli ilə sonuncunun ağzını bağladıqdan və müqavimətini qırmağa yönəlmiş fiziki ağrılar yetirdikdən sonra niyyətini davam etdirib.

Çingiz Məmmədov zorla və iradəsinə zidd olaraq Validə Babayeva ilə qeyri-təbii yolla cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Çingiz Məmmədovun barəsində Cinayət Məcəlləsinin 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddəsi ilə ittiham elan edilib.

Xətai rayon Məhkəməsinin hökmü ilə Çingiz Məmmədovun törətmiş olduğu iddia olunan cinayət əməli sübuta yetirilməyib. Bu səbəbdən Çingiz Məmmədovun barəsində bəraət hökmü çıxarılıb.

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror Çingiz Məmmədovun barəsində Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə ittiham verilməsini, ona ağır cəza təyin olunmasını istəyib.

Bundan başqa, zərərçəkmiş də apelyasiya şikayəti verib. O, Çingiz Məmmədov tərəfindən təcavüzə məruz qaldığını, onun barəsində ittihamedici hökm çıxarılmasını istəyib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə prokurorun protesti, zərərçəkmiş şəxsin şikayəti təmin olunmayıb.

Fariz Məlikli
Demokrat.az

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İntim əlaqədə olublarmış— Bakıdakı cinayətin təfərrüatı
Parkda qıza təcavüz etmək istəyən kişi tutulub
18+ Toy gecəsinin səhəri gəlini həkimə gətirdilər- Qızlıq pərdəsi müəmması - VİDEO

Çayı qətiyyən belə içməyin: ÖLDÜRÜR

18+

İntim əlaqədə olublarmış— Bakıdakı cinayətin təfərrüatı
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Alimlər yeni pandemiyaya səbəb ola biləcək virusları aşkarlayıblar
Lənkəranda dələduzluq edən şəxs həbs olundu