Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
48369
az

SON DƏQİQƏ! Respublika Seysmoloji Xidmət Mərkəzi zəlzələrlə bağlı AÇIQLAMA YAYDI

12:1508 Fevral, 2021
1718
SON DƏQİQƏ
  • A

“Azərbaycanda baş verən zəlzələlər qorxulu deyil. Dünyanın hər yerində hər gün bu proseslər gedir”. 

Bunu  Oxu24.com-a  AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib. 

O bildirib ki, Azərbaycanda sutka ərzində zonaların aktivliyindən asılı olaraq 16-20, 30-40 xırda təkan olur: “Bunlar arasında hiss olunan və olunmayanlar olur. Zəlzələnin hiss olunması dərinliyindən də asılıdır. Bu gün 20-dən çox təkan olub. Bunlar zəif təkanlardır. Cihazlar tərəfindən qeydə alınıb”. 

Q. Yetirmişlinin sözlərinə görə, yerin daxili həmişə hərəkətdədir, litosferdə böyük plitələrin hərəkəti, plitələrdaxili blokların həm horizontal, həm vertikal hərəkətləri olur: “Azərbaycanda baş verən bu zəlzələlər hamısı bloklardaxilidir, bloklar parçalanır, onların hərəkəti nəticəsində bu hadisələr baş verir. Bir blokun digər blokdan sıxılması və ya genişlənməsi nəticəsində kritik həddə çatır və laylarda böyük qırılma boyu parçalanması gedir. Burada güclü parçalanma zamanı enerji ayrılır və silkələnmə dalğa formasında yer üzərində öz təzahürünü göstərir”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rüfət Səfərov saxlanıldı
Xəyyam üçün toplanan pulun aqibəti necə olacaq? - Açıqlama
Sumqayıtdakı partlayışdan- Görüntülər

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Quş qripi pandemiyası TƏHLÜKƏSİ -Bu ölkə 5 milyon doza peyvənd aldı
Ərini öldürdü