Ermənistanın Geqarqunik (Kəlbəcər ərazisi) vilayətinin sərhəd ərazisində yerləşən külək elektrik stansiyası Azərbaycanın nəzarətinə keçib.
Oxu24.com Ermənistan KİV-nə istinadla xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Armen Tatoyan məlumat verib.
O bildirib ki, sözügedən 200 hektarlıq ərazi hökumət tərəfindən biznesmenə 30 il müddətinə icarəyə verilmişdi:
"Sonradan kadastr komitəsində iş adamının torpaq sahəsi almaq hüququ qeydiyyata alınıb. 2018-ci ildə isə şirkət elektrik enerjisi istehsal etmək üçün lisenziya almışdı.
Ancaq 25 noyabrdan sonra Azərbaycan Silahlı Qüvvələri bu ərazilərə gəlib və şirkət fəaliyyətini dayandırmağı tələb ediblər". (Publika)
Oxu24.com
ŞƏRHLƏR