Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
48312
az

Hesablama Palatası “Azərsu”dakı korrupsiyanı ifşa etdi

14:1707 Fevral, 2021
1486
CƏMİYYƏT
  • A

Hesablama Palatası kəndlərdə əhalinin içməli su təchizatını yaxşılaşdırmaq üçün dövlət büdcəsinin hesabına qurulan modul tipli sutəmizləyici qurğularla bağlı araşdırma aparıb.

Oxu24.com  xəbər verir ki, araşdırma ilə bağlı iqtisadçı ekspert Rövşən Ağayev fikirlərini paylaşıb.

İqtisadçının sözlərinə görə, Azərsu ASC-nin yol verdiyi maliyyə nöqsanları araşdırmada əksini tapıb:

“- Azərsu ASC modul tipli qurğuları istismara qəbul edən zaman 17 ədəd və ya 186839,8 manat dəyərində avtomobil və motosikletlər şirkətə verilməyib və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin istifadəsində qalıb. Nəticədə 2018-ci ildə Azərsu ASC-nin Regional Sukanal İdarələri tərəfindən modul tipli sutəmizləyici qurğulara xidmətin, eləcə də istismar zamanı tələb olunan mal-materialların çatdırılmasını təmin etmək məqsədi ilə mal-material xərcələrindən 12 ədəd 382320,0 manat (ƏDV ilə) dəyərində UAZ avtomobilləri alınaraq istifadəyə verilib.

– Prezident sərəncamına əsasən, ölkənin 15 rayonun 100 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğuların quraşdırılması işlərinin həyata keçirilməsi nəzərdə tutulsa da, bəzi quraşdırma işlərinin dəyərinin cari bazar qiymətlərindən yüksək götürülməsi nəticəsində 15 rayonda cəmi 90 ədəd və ya sərəncamda qeyd edilmiş say həddindən 10 ədəd az olmaqla modul tipli sutəmizləyici qurğu quraşdırılıb.

– Forma-2 aktlarının seçmə üsul əsasında sənədli araşdırılması ilə 9 obyektdə 988234,4 manat məbləğində quraşdırma işlərinin dəyərinin 192343,8 manat artırıldığı müəyyən edilib.

– Respublikanın 7 inzibati rayonunun cəmi 46 yaşayış məntəqəsini içməli su ilə təmin edən 39 modul tipli sutəmizləyici qurğuların 5091160,7 manat dəyərində quraşdırma işlərinin nəzarət-ölçü üsulu ilə yoxlanması zamanı 1523481,5 manat dəyərində nöqsan və çatışmazlıqların olduğu aşkar edilib.

– 28 mart 2017-ci ildə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə bir mənbədən satınalma metodundan istifadə etməklə 16000000,0 manat məbləğində birbaşa müqavilə bağlanması üçün icazə istənilib. Xidmət 10.04.2017-ci il tarixli razılıq məktubu ilə müqavilənin bağlanmasına razılıq verilib. Lakin sonradan müqavilədə razılıq məktubunda qeyd edilmiş şirkət deyil, başqa şirkət olub və o, icraçı kimi fəaliyyət göstərib.

1-ci bəndə baxın, qurğulara xidmət etmək üçün nəqliyyat vasitələri alınır, sonra qurğulara xidmət üzrə səlahiyyət bir dövlət qurumundan digərinə keçəndə kimsə bu vasitələri özündə saxlamağa qərar verir. Yeni səlahiyyət alan qurum da gedir onminlərlə büdcə puluna yenilərini alır.

3-cü bəndə baxın, 20% qiymət şişirtməsindən söhbət gedir.

4-cü bəndə baxın, xərclənən vəsaitlərin hər 3 manatından 1-də nöqsan tapılıb”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Limon suyunun möcüzəvi faydaları
Goranboyda ər-arvad dəm qazından öldü
Gecə saatlarında ACI XƏBƏR: ölən və yaralanan var

Vanqa 2025-ci il üçün görün hansı proqnozu veribmiş — Dünya şokda

18+

İntim əlaqədə olublarmış— Bakıdakı cinayətin təfərrüatı
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Qadınlarda göbələk xəstəliyi
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı