Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
48296
az

Kəmaləddin Heydərova məxsus şirkətlər - FOTO

01:0407 Fevral, 2021
4086
  • A

Ötən ay Dövlət Vergi Xidməti Fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus "Auto UEI Azerbaijan" şirkətinin fəaliyyətini dayandırdığı barədə məlumat yaymışdı. Sözügedən şirkət 2013-cü ildə qeydiyyatdan keçsə də, 2015-ci ildə UEI AUTOMOTİVE HOLDINGS LIMITED adı ilə Dubaya transfer edilib. Başqa sözlə, Azərbaycanda ləğv edilən, sadəcə,  şirkətin quru adıdır. "United Enterprises International Ltd" 2009-cu ildə Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun təsisçiliyi ilə qeydiyyatdan keçib.

Oxu24.com-un xəbərinə görə, bu barədə məlumatı araşdırmaçı jurnalist Cavanşir Həsənli verib.

 

Dubai BOX 58075 ünvanında qeydiyyatda olan UEI AUTOMOTİVE HOLDINGS LIMITED offşor şirkəti Fövqəladə hallar nazirinə məxsus "United Enterprises International Ltd" tərəfindən təsis edilib və onun adından çıxış etmək hüququ Britaniya vətəndaşı Robert John Baker həvalə edilib. Bu şirkət üzərindən Birləşmiş Ərəb Əmirliklərində, JAFZA offşor zonasında nizamnamə kapitalı 1000 dinar olmaqla UNİTED ENTERPRİSES MİDDLE EAST LİMİTED təsis edilib. Şirkətin idarəçiliyini Dubaydakı AL SUWAİDİ COMPANY həyata keçirir. Sənədlərə görə səhmlərin 990-ı UNİTED ENTERPRİSES MİDDLE EAST LİMİTED-ə, 10-u isə AL SUWAİDİ COMPANY hüquq və menecment şirkətinin təmsilçisi qismində Hindistan əsilli SUNEER KUMAR-a məxsusdur.

Heydərovları CƏBƏL ƏLİ offşor zonasına cəlb edən isə Cəbəl Əli Palmasıdır. Söhbət süni yaradılmış Palma adalarından gedir. Fövqəladə hallar nazirinin burada daşınmaz əmlakının olduğu barədə məlumatlar var. Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) tərəfindən əldə edilən Dubaydakı mülklərin 2014-2016-cı illərdəki məlumat bazasında göstərilir ki, fövqəladə hallar nazirinin övladları Nicat və Tale Heydərovlar Palma adalarında 33 milyon dollar dəyərində 9 dəbdəbəli mülkə sahibdirlər.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hacıqabulda 42 yaşlı kişini ilan sancdı
Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutuldu
Mineral sular həqiqətən faydalıdır? - ARAŞDIRMA

Yaponiyada yolların binaların içərisindən keçdiyi şəhər — VİDEO

18+

18+ Toy gecəsinin səhəri gəlini həkimə gətirdilər- Qızlıq pərdəsi müəmması - VİDEO
Xoşqədəm Hidayətqızı: O gecəni səhərə qədər ağlayaraq keçirdim (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Hansı bağırsaq şişləri ən təhlükəlidir?
İrandan Azərbaycana 10 kq narkotik keçirmək istədilər