Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
48232
az

Rusiyaya sərnişin qatarı nə vaxt açılır? - AÇIQLAMA

20:4005 Fevral, 2021
2734
DÜNYA
  • A

Azərbaycanda pandemiya ilə bağlı məhdudiyyətlər artıq aradan qaldırılmağa başlayıb. Bunlara qonşu ölkələrlə nəqliyyat əlaqələrinin bərpası da daxildir. Artıq bəzi beynəlxalq uçuşların həyata keçirilməsinə də icazə verilib. Fevral ayının ortalarından etibarən Rusiyaya uçuşların bərpa edilməsi ilə
bağlı qərar verilib.

Sərnişin qatarlarının hərəkətinə isə hələlik icazə verilməyib. Nisbətən ucuz olduğu üçün sərnişin qatarından daha çox istifadə edildiyini nəzərə alsaq, bu məsələ gündəmdədir və Rusiyaya tez-tez səfər edən, orada yaşayan və bizneslə məşğul olan vətəndaşların sosial şəbəkələrdə əsas müzakirə mövzularından biridir. Miqrasiya eksperti Azər Allahverənov “MediaPost”a bildirib ki, aviareyslərın açılmasına qərar verilsə də kütləvi sərnişindaşımalar üçün avtomobil nəqliyyatı və sərnişin qatarlarının hərəkətinin bərpa edilməsi çox vacibdir.

Məsələ ilə bağlı “MediaPost”un sorğusuna cavab olaraq “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən bildirilib ki, Rusiyaya və digər istəqamət üzrə sərnişin qatarlarının yenidən bərpası Operativ Qərargahın verəcəyi qərardan asılıdır.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İran İsrailə raket hücumunun səbəbini açıqladı
"Forbes" onu yenə Amerikanın "birincisi" elan etdi
Nəhəng qoçlar yaratmağa çalışan həvəskar genetik həbs edildi

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
YDM-də işçiyə saxta əskinas verən şəxs saxlanıldı