Vətən müharibəsinin ilk və yeganə qadın şəhidi, yaralı əsgərlərimizi döyüş meydanından çıxararkən düşmən gülləsinə tuş gələn Arəstə Baxışova...
İki uşaq anası olan gənc qadın müharibənin ilk günlərindən könüllü olaraq cəbhəyə yollanır və övladları Mərdanla Zəhranı isə anasına əmanət edir. O Beyləqan, Füzuli, Cəbrayıl, Qubadlı uğrunda döyüşlərdə tibb bacısı kimi öndə olub, yaralı hərbçilərimzin həyatını xilas edir.
Şəhidlik onun da alın yazısı imiş ki, vətən uğrunda bu canından keçib bu zirvəyə yüksəlir.
4 yaşından taleyinə yetimlik yazılan, atasız böyüyən xanım şəhidimizin indi övladları ana həsrəti ilə böyüyür.
31 yaşlı Arəstə Baxışova Xaçmazda doğulub. Anası və iki övladı isə hazırda Bakıda yaşayır.
Musavat.com olaraq, biz də ailəyə baş çəkib, bu qəhrəman qadını anasının və övladlarının dili ilə sizlərə tanıtmaq, ailənin acısına şərik olmaq istədik.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Arəstə Baxışova ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Sonda onu qeyd edək ki, gənc heykəltaraş Müstəqil Babayev tərəfindən qəhramanımızın büstü hazırlanıb.
ŞƏRHLƏR