Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
47533
az

Əhaliyə XƏBƏRDARLIQ - Bu malları və texnikaları alarkən diqqətli olun - VİDEO

19:3927 Yanvar, 2021
2190
CƏMİYYƏT
  • A

Elektron məşiət avadanlıqları, demək olar ki, həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin bəzən aldığımız bu növ mallarda qısa zamanda nasazlıq yaranır və sıradan çıxır. Bu isə satıcı və alıcı arasında narazılıqlara səbəb olur. Bəzən isə istehlakçı haqlı olduğu halda haqsız duruma düşür. Amma müəyyən qaydalara əməl etməklə bunun qarşısını almaq olar.

Elektron məşiət texnikası alarkən diqqətli olun. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bununla bağlı xəbərdarlıq edib.

Qurumdan bildirilib ki, bu növ mallara tələbatın kəskin artması keyfiyyət və satış qaydalarına da təsirsiz ötüşməyib. Vətəndaşlar məişət texnikası alarkən onun keyfiyyətinə, istehsalçı haqqında məlumatın mövcudluğuna, mal haqqında qısa qeydlərin olmasına, mala aid sənədlərin təqdim edilməsinə diqqət etməlidirlər.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin sektor müdiri Elməddin Quliyev bildirdi ki, zəmanət müddəti müəyyən edilməyən mallarda aşkarlanan qüsurlar barədə tələb isə həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alqı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürülə bilər. Bu sahədə qanun pozuntusuna yol verənlər üçün cərimələr də nəzərdə tutulub.

Elməddin Quliyev bildirdi ki, müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda istehsalçının və ya satıcınınn təqsirindən yaranan qüsur və ya saxtalaşdırma aşkar edilərsə, satıcı istehlakçıdan lazımi keyfiyyəti olmayan malı geri götürməyə və istehlakçının qanunvericilikdə nəzərdə tutulmuş tələblərindən birini yerinə yetirməyə borcludur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İş adamı azərbaycanlı müğənniyə bahalı hədiyyə aldı -VİDEO

İndi əsas məsələ budur -Zelenski
Mehriban Ələkbərzadənin bu sözlərinə görə işdən çıxdım” -Corc görün nələr danışdı

İnəkləri üçün 4 mərtəbəli bina tikdi

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Sumqayıtda İran vətəndaşı ilə əlbir olan şəxsdən 50 kq narkotik aşkarlandı - VİDEO