Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117630
az

"Hansı ərazidə süni sıxlıq yaranacaqsa..." - DİN-dən yeni tədris ili ilə bağlı müraciət

11:4309 Sentyabr, 2024
53
CƏMİYYƏT
  • A

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yeni tədris ili ilə bağlı vətəndaşlara müraciət edib.

Oxu24.com həmin müraciəti təqdim edir:

"Yeni tədris ili ilə bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaqlar. Mərkəzin əməkdaşları tərəfindən paytaxtın küçə və prospektlərində yerləşən həm təhsil müəssisələrinin yaxınlığında, həm də yaxın kəsişmələrdə yollara müşahidə kameraları vasitəsi ilə nəzarət ediləcək.

Hansı ərazidə süni sıxlıq yaranacaqsa, sıxlığın aradan qaldırılması məqsədilə yol polisi ilə mütəmadi informasiya mübadiləsi aparılacaq. Bununla yanaşı, sıxlığın qarşısını almaq üçün svetoforlara verilən “yaşıl dalğa” rejimi artırılacaq.

Eyni zamanda diqqətə çatdırmaq istəyirik ki, digər yerlərdə olduğu kimi məktəblərin və universitetlərin ərtafında da dayanma və durma qaydalarının pozulması halları kameralar vasitəsilə qeydə alınacaq və qaydaları pozan şəxlər inzibati məsuliyyətə cəlb ediləcəklər".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qaz olmayacaq
Binədə evdə yanğın oldu - VİDEO
Oktyabrın 4-5-də geomaqnit qasırğası gözlənilir

WhatsApp-a bir yenilik gəlir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi - FOTO