Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
46839
az

Qarabağa status verilə bilərmi: Lavrov nə deyir və niyə deyir?

09:5119 Yanvar, 2021
4202
SİYASƏT
  • A

Lavrovun “Dağlıq Qarabağın status problemi ziddiyyətlidir” açıqlaması ilə “Qarabağa status verilir” sualı gündəmə gəldi: Ermənistan tərəfinin dedikləri, Putinin bir neçə dəfə “status” açıqlaması, 10 noyabr razılaşmasının şərtlərinin yerinə yetirilməməsi belə sualları haqlı edir.

Bu suala cavabı “Qarabağa status verilə bilərmi” sualı kontekstində tapaq:

1. Sülh danışıqlarında mövcud olan həll planları – Madrid prinsipləri və onun əsasında təklif olunanlar (Kazan düsturu, Lavrov planı) Qarabağa əvvəlcə aralıq, sonra yekun statusun verilməsini nəzərdə tuturdu. Münaqişə hərbi yolla həll olundu və bu, masadakı bütün sənədlərin arxivə göndərilməsi deməkdir. Rəsmi Bakı sülh yolu ilə rayonları qaytarıb, Qarabağa status verməkdən imtina etdiyi halda niyə qanla azad etdiyi torpaqlarda belə bir şey etsin?!
2. Müharibə başlayandan indiyə qədər rəsmi Bakının bütün açıqlamaları və atılan addımlar statusun olmayacağı ilə bağlıdır:

- Ermənilər Azərbaycan vətəndaşı olaraq yaşayacaqlar;
- Azərbaycanın ərazi bütövlüyü təmin olunub;
- Xankəndi Azərbaycan torpağıdır, ora gələnlər Bakıdan icazə almalıdır;
- Xankəndi şəhər icra və probasiya şöbəsinin rəisi vəzifəsinə təyinat;

3. Qarabağın statusu ilə bağlı nəzərdə tutulan ərazi vahidinin mövcud olmaması: ermənilərin “dqr” hesab etdiyi ərazilərdən Şuşa, Xocavəndin yarıdan çoxu, Xocalının bir neçə kəndi ordumuzun nəzarətindədir;

4. Azərbaycan unitar dövlətdir və hər hansı siyasi müstəqilliyə malik olmayan inzibati ərazi vahidlərinə bölünməsi belə dövlət quruluşuna ziddir;

5. Qarabağa status verilərsə, bu referendum yolu ilə mümkündür. Azərbaycan Konstitusiyasına görə, referendum bütün ölkə ərazisində keçirilə bilər, hansısa bir hissəsində yox: statusla bağlı ölkə üzrə referendum keçirilərsə, nəticələr bizim istəyimizə uyğun olacaq və sual yaranır: Rusiyanın yekunda Qarabağa status vermək planı varsa, bu detalları nəzərə almayıbmı? Yaxud yekun nəticənin istəyinə uyğun olmayacağını bildiyi halda niyə məğıub olacağı oyuna başlasın?

6. 10 noyabrda üçtərəfli razılaşmada status ifadəsi yer almayıb.

Lavrov deyir: Dağlıq Qarabağın statusu üçtərəfli razılaşmaya şüurlu şəkildə salınmayıb, çünki bu məsələdə İrəvan və Bakının mövqeyi fərqli idi.

1. Status məsələsi bəyanata salınsaydı risklər ciddi olardı;
2. Bu baş verməyibsə, deməli, Bakının istədiyi olub, çünki status münaqişənin tarixi boyu Ermənistanın istəyi olub;
3. Azərbaycan statusdan imtina etməsi üçün istinad edə biləcəyi imzalanmış sənəd var;

Lavrov deyir: Danışıqlar zamanı ölkə başçıları (Azərbaycan və Ermənistan) tərəfindən bu məsələdən yan keçməyə qərar verilib.

Sual yaranır: Azərbaycan prezidenti “məsələdən niyə yan keçib?”.

Yan keçibmi?: statusun bəyanata salınmaması sualın cavabını aydın göstərir.

Sənəddə Ermənistanın öhdəlikləri qeyd olunur, Azərbaycan bütün bunların qarşılığında yalnız kommunikasiya xətlərinin açılmasını yerinə yetirməlidir. Bu fakt Ermənistanın status məsələsində heç bir istinad nöqtəsi olmayan iddia irəli sürə biləcəyi deməkdir.

Azərbaycan kapitulyasiya aktına qədər Şuşa, Xocavən və Xocalıya girməklə status məsələsini hərbi meydanda sıradan çıxarmışdı.

Status məsələsindən yan keçilməsinin digər səbəbi iki həmsədr dövlətinin – ABŞ və Fransanın prosesdə ofsayda salınmasıdır. Bununla Vaşinqton və Parisin qarşısında “diplomatik manevr” etmək imkanı saxlanılır.

Bakı bu ölkələrlə gələcək münasibətləri nəzərə alaraq, “körpüləri yandırmır”;
Moskva münaqişənin həllinə Türkiyənin daxil olmasına razılıq verdiyi üçün bu ölkələrin qarşısında “günahını yuyur”;

Lavrovun “statusla bağlı məsələni tərəflər özləri ATƏT vasitəçiliyi çərçivəsində nəzərdən keçirməlidir” sözlərinin açması da budur.

Rusiyanın status məsələsini gündəmdə saxlaması Minsk qrupu çərçivəsindəki fəaliyyəti ilə yanaşı, digər məqamlarda manevr imkanlarına hesablanıb:

1. Ermənistanı tam itirməmək;
2. Qarabağdan gedən erməniləri geri qaytarmaq;
3. Bakıya qarşı rıçaq olaraq istifadə etmək;
4. Masada istədiyini almaq üçün təzyiq vasitəsi;

Qarabağda hər şeyin istədiyimiz kimi getməsinə qarşı risklər var, amma bu risklərin aradan qaldırılması imkanları (güclü) var və yekun nəticədə Azərbaycanın tərkibində hansısa ərazi vahidinə statusun verilməyəcəyi bəllidir, zaman-zaman gündəmə gətirilsə də...

Asif Nərimanlı

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Gəlir gəlsin, gəlmir, heç lazım da deyil” - Prezidentdən sərt xəbərdarlıq
İrəvana verilən silahlar kritik həddə çatsa, onda... - Əliyev

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Murad Muradov ölməyibmiş - RƏSMİ AÇIQLAMA
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı