Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
46548
az

“Azəriqaz”dan limitlə bağlı AÇIQLAMA

19:3415 Yanvar, 2021
3370
CƏMİYYƏT
  • A

Son günlər sosial şəbəkə ünvanlarında guya mexaniki-elektron sayğacların təbii qazla bağlı daha çox sərfiyyatı qeydə aldığı barədə müxtəlif yanaşmalara rast gəlinir.

Oxu24.com-un xəbərinə görə, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, deyilənlər həqiqəti əks etdirmir: “Qaz ölçü qurğuları, yəni sayğacların hamısının bir funksiyası var – sayğacdan keçən təbii qazın sərfiyyatını qeydə almaq. Smart-kart tipli sayğacın sərfiyyatı az, mexaniki-elektron sayğacın isə sərfiyyatı çox qeydiyyata alması mümkün deyil. Bu ölçü qurğuları standartlara cavab verir. Ölkəyə gətirildikdən sonra ən müasir üsullarla test olunur, yoxlanılır, daha sonra istismara verilir. Yəni müvafiq digər dövlət qurumları da (Azərbaycan Metrologiya İnstitutu) bu prosesə nəzarət edir”.

Qurum həmçinin bildirir ki, Azərbaycan Metrologiya İnstitutu tərəfindən ölçmə vasitələrinin (ÖV) tipinin təsdiqi məqsədi ilə keçirilən sınaqların nəticələri əsasında, ölçmə vasitəsinin tipinin metroloji və texniki tələblərə uyğunluğu barədə qərar qəbul olunur: “Tipi təsdiq edilmiş ölçmə vasitələri, dövlət reyestrinə daxil edilir. Dövlət reyestrinin qeydiyyatı qanunvericiliyə uyğun qaydada müəyyən edilir. Standart nümunələrin və ya ölçmə vasitələrinin Dövlət Reyestrində, respublikada istehsal edilmiş və dövlət qəbul sınağından keçirilərək, tipi təsdiq edilmiş, həmçinin xaricdən partiyalarla və ya tək-tək gətirilmiş və təsdiq olunmuş tipə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə metroloji ekspertizadan keçirilərək, respublika ərazisində istifadəsinə icazə verilən standart nümunələrin və ya ölçmə vasitələrinin qeydiyyatı aparılır. Tipi təsdiq olunmuş standart nümunələrin və ya ölçmə vasitələri haqqında məlumat mərkəzləşdirilmiş məlumat fonduna daxil edilir, həmçinin “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsinin rəsmi internet səhifəsində yayımlanır”.

İstehsalat Birliyi qeyd edir ki, abonentlər onu da nəzərə almalıdırlar ki, soyuq günlərdə təbii qazdan istifadə artıb. Qaza olan təlabat çoxalıb: “Üstəlik, narazı qalan abonentlərin sərfiyyatında artıq göstəriciləri də COVID-19 koronavirus pandemiyası ilə bağlı sərtləşdirilmiş karantin dövrünə təsadüf edir. Yəni hamı - əksər ailə üzvləri evdədir və istilik sisteminə ehtiyac əvvəlkindən çoxdur. Güzəştli aşağı tarifli limit həddinin də elə 2020-ci ilin dekabr ayında keçilməsinə çox təsadüf edilib. İstənilən abonent öz sərfiyyatı, ödənişləri barədə abonent soldosunu əldə edə bilər. Məsələn, bu “ASAN Kommunal” mərkəzlərində mümkündür. Və yaxud 104/185 saylı Çağrı Mərkəzinə də müraciət edib sorğu verə bilərlər. Bir sözlə, heç kimə artıq borc yazılmır, belə hal ciddi məsuliyyətdir. Bunu “Azəriqaz” İB-nin hər bir əməkdaşı yaxşı dərk edir. Bizim əsas məqsədimiz Sizə, operativ, layiqli xidmət göstərməkdir”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Limon suyunun möcüzəvi faydaları
Goranboyda ər-arvad dəm qazından öldü
Gecə saatlarında ACI XƏBƏR: ölən və yaralanan var

Vanqa 2025-ci il üçün görün hansı proqnozu veribmiş — Dünya şokda

18+

İntim əlaqədə olublarmış— Bakıdakı cinayətin təfərrüatı
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Qadınlarda göbələk xəstəliyi
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı