Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4601
az

Ən ağır onkoloji xəstəliklərə qalib gəlməyin üsulu tapılıb

15:4018 Avqust, 2018
874
  • A
Britaniyalı mütəxəssislər qlioblastoma hüceyrələrini və digər beyin şişlərini özünü məhv etməyə yönəldə bilən "KHS101" molekulunu aşkar ediblər. "RİA Novosti"nin yaydığı məlumatda eksperimentlərin hələ ki siçanlar üzərində aparıldığı bildirilir. Artıq məlumdur ki, "KHS101" hüceyrələrin çoxalmasına imkan vermir və onları öldürür.

Oxu24.com AZƏRTAC-a istinadən bildirir ki, tədqiqatların nəticələrinə görə, "KHS101" neyronların sələflərini yaşlı beyin hüceyrələrinə çevirir. Bu proses gövdə hüceyrələrinin çoxalmasını idarə edən və onların fəaliyyətinin qarşısını alan "TACC3" zülalı ilə sintez sayəsində baş verir. Bəlli olub ki, "KHS101" xərçəng hüceyrələri üçün təhlükəlidir və sağlam beyin hüceyrələrinə heç bir zərər vermir.

Alimlər eksperiment çərçivəsində siçanların beyninə qlioblastomanın xüsusi aqressiv formalarını, astrotsitom və digər bədxassəli şişləri yeridiblər. Sonra heyvanların yarısına "KHS101" iynəsi, qalanlarına isə platsebo vurublar. Molekulun təsiri ilə xərçəng hüceyrələri çoxala bilməyib və "TACC3" ilə birbaşa əlaqəsi olmayan genlərlə qarşılıqlı fəaliyyət nəticəsində onların özünü məhvetmə prosesi başlayıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
Göbələk xəstəlikləri
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Bakıda silahlı şəxs tutulub