İkinci Qarabağ müharibəsi şəhidi Nurlan Nuruzadənin anası Minəxanım Nuruzadə bu gün koronavirusdan vəfat edib.
Oxu24.com xəbər verir ki, bu barədə ailənin yaxınları məlumat veriblər.
Onların sözlərinə görə, M. Nuruzadədə öskürək və digər "COVID” əlamətləri olmayıb: "Şəhid oğlu Nurlana görə çox ağlayırdı, halı yox idi. Amma koronavirusa yoluxduğunu bilməyib. Bir neçə gün əvvəl yaşadığı Sumqayıt şəhərində xəstəxanaya müraciət edib. Vəziyyəti ağır olduğuna görə aparata qoşulub. Bu gün isə vəziyyəti daha da pisləşib və müalicə aldığı xəstəxanada vəfat edib”.
Yaxınlarının sözlərinə görə, ailə Sumqayıt şəhərində yerləşən mebel sexində məskunlaşıb. Şəhid Nurlan Nuruzadə də həmin sexdə böyüyüb.
Qeyd edək ki, 19 yaşlı Nurlan Nurzadə Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılıb. Oktyabrın 1-də Füzuli istiqamətində gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
ŞƏRHLƏR