Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
45796
az

Azərbaycanda gecə saatlarında dəhşət: Ölən və yaralanan var

08:3404 Yanvar, 2021
4999
KRİMİNAL
  • A
Lənkəranda baş vermiş avtoqəzada sürücü ölüb, sərnişin xəsarət alıb. APA-nın cənub bürosunun verdiyi məlumata görə, qəza axşam saatlarında Lənkəran-Boradigah yolunun Girdəni kəndindən keçən hissəsində qeydə alınıb. 90-NE-547 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil idarəetmədən çıxıb və yol kənarındakı daş hasara, sonra ağaca çırpılaraq su kanalına aşıb. Nəticədə sürücü - Girdəni kənd sakini, 1994-cü il təvəllüdlü Yunis Məcidəli oğlu Kərimov hadisə yerində dünyasını dəyişib. Onun sərnişini, 1992-ci il təvəllüdlü Elşən Tofiq oğlu Bəndizadə isə ağır bədən xəsarətləri alıb və yaxınlıqdakı insanların köməkliyi ilə deformasiyaya uğramış avtomobildən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib. O, qapalı kəllə-beyin travması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sürücü Y.Kərimovun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Bəzi cinayətlərin açılmasında mətbuatın da öz tövhəsi olub" - Kamran Əliyev
Uşaq bağçasından kombi oğurlandı

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Səidin meyiti tapıldı- Video
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
"Bəzi cinayətlərin açılmasında mətbuatın da öz tövhəsi olub" - Kamran Əliyev