Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
44254
az

ABŞ-dan Türkiyəyə qarşı xain qərar: Qardaş ölkə özünün müdafiəsinə qalxdı

13:1115 Dekabr, 2020
5183
DÜNYA
  • A

ABŞ-ın Türkiyəyə qarşı birtərəfli sanksiyalar tətbiq etməsi ilə bağlı qərarını qınayırıq və rədd edirik.

Oxu24.com  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.

Qeyd olunub ki, ABŞ, S-400-ün NATO sistemləri baxımından zəifliklər yaradacağını iddia edir:

"Türkiyə, NATO-nun da iştirak edəcəyi bir texniki işçi qrupu yaratmağı təklif etdi və dəfələrlə siyasi qərəzdən uzaqlaşaraq bu məsələni obyektiv və real əsasda həll etməyi təklif etdi. ABŞ bu məsələni dialoq və diplomatiya yolu ilə həll etmək təklifimizlə razılaşmayaraq birtərəfli sanksiyalara əl atdı".

Bildirilib ki, Türkiyə ABŞ-ın qərarına qarşı lazımı addımlar atacaq:

“Türkiyə, münasibətləri qaçılmaz olaraq mənfi təsir edəcək qərara qarşı lazımlı addımları atacaq. Türkiyə ayrıca öz milli təhlükəsizliyini təmin etmək üçün lazımlı gördüyü tədbirlərdən çəkinməyəcək. ABŞ-ı bu gün elan olunan haqsız sanksiya qərarına yenidən baxmağa dəvət edirik. Türkiyə bu məsələni dialoq və diplomatiya ilə ittifaq ruhunda həll etməyə hazırdır”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsrail ordusu xüsusi əməliyyat keçirib
Moldovanın keçmiş baş prokuroru tutduğu vəzifədən uzaqlaşdırılıb
Ağ Ev Baydenin davranışını izah etdi

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
“Drakon”azadlığa buraxıldı