Bu gün saxlanılan idmançı Kamil Zeynallı 1 ay müddətinə inzibati qaydada həbs olunub.
APA-nın məlumatına görə, K. Zeynallı İnzibatı Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur) təqsirli bilinərək Göygöl Rayon Məhkəməsinin qərarı ilə 1 ay müddətinə inzibati qaydada həbs edilib.
Oxu24.com
ŞƏRHLƏR