44 günlük Vətən müharibəsinin qəhrəman şəhidlərindən biri də Fədail Nadirovdur. O, döyüşə gedərkən yolda avtomobili saxlatdırıb və rəqs edib. Onun bu videosu sosial şəbəkələrdə sürətlə yayılıb, əziz xatirəsi bu görüntülərlə yad edilib.
"Oxu24.com" xəbər verir ki, "Xezerxeber" Nadirovlar ailəsində çəkiliş aparıb. Reportajda bildirilib ki, Qobustan rayonunun Bədəlli kəndindən olan şəhid Fədail Nadirovun hərbiyə olan sevgisi hələ uşaq yaşlarında formalaşıb. Ailəsinə "hərbçi olacağam, vətənimi qoruyub mənfur düşməni tarixi torpaqlarımızdan qovacağam, bitəcək bu həsrət" deyirdi.
Şəhidin atası bildirib ki, o, sonuncu dəfə oktyabrın 24-də ailəsi ilə əlaqə saxlayıb. 26-sında isə Füzuli uğrunda gedən döyüşlərdə şəhid olduğu xəbərini alıblar.
Şəhidin anasının sözlərinə görə, Fədail özü yaralı olduğu halda, əsgər yoldaşlarını döyüş meydanından çıxarıb. Sonuncu istəyi isə qardaşının oğlu olarsa, adının Fədail qoyulması olub.
İndi isə Fədail təkcə ailəsinin deyil, bütün Azərbaycanın övladına çevrilib.
Oxu24.com
ŞƏRHLƏR