Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
Öldürülən şəxs tanınmış idmançı imiş - ŞOK TƏFƏRRÜAT

Öldürülən şəxs tanınmış idmançı imiş - ŞOK TƏFƏRRÜAT

TƏCİLİ! Razi Nurullayevin əsas rəqibi,məşhur iş adamı namizədliyini geri götürdü

TƏCİLİ! Razi Nurullayevin əsas rəqibi,məşhur iş adamı namizədliyini geri götürdü

Məşhur iş adamı namizədliyini geri götürdü - SON DƏQİQƏ

Məşhur iş adamı namizədliyini geri götürdü - SON DƏQİQƏ

XƏBƏR LENTİ

23 İyul 2024
Öldürülən şəxs tanınmış idmançı imiş - ŞOK TƏFƏRRÜAT
22 İyul 2024
Peskov: ABŞ-dan hələ yaxşı heç nə gözləmək olmaz
Estoniya hökuməti qurmaq səlahiyyətlərini Mixailə təhvil verdi
Borrell Ukrayna ilə bağlı açıqlamasında qeyd edib
Moskvada kişi anası və nənəsi ilə birlikdə mənzili yandırıb
Türkiyə NATO-dan çıxmaq istədiyini açıqlayıb
Aİ Orbanın Rusiya və Çinə səfərlərini qəbuledilməz adlandırıb
Etirazçılar Netanyahunun ABŞ-a uçmamasını tələb edirlər
Yüzlərlə rusiyalı uçuş gecikmələri səbəbindən Türkiyədə qalıb
Politico: AB liderləri Baydenin yarışdan çıxması ilə bağlı fikir ayrılığına düşdü
Amerika strateji bombardmançı təyyarələri Ukrayna sərhədləri yaxınlığında yerləşdirdi
Çinin Rusiyaya yüksək texnologiyalı hərbi yardımı təqdim edir
"Bəzi cinayətlərin açılmasında mətbuatın da öz tövhəsi olub" - Kamran Əliyev
BÜTÜN XƏBƏRLƏR
43734
az

Mayor Aqil Məlikov düşməndən qisasını alaraq şəhidlik zirvəsinə ucalıb - VİDEO - FOTO

20:1408 Dekabr, 2020
618
HƏRBİ
  • A

Mənim atam dünyadakı ən yaxşı insan idi. O, mənim varlığım idi. Düzdür, o, indi bu dünyadan köçdü, amma hamımızın, bütün Azərbaycan xalqının qəlbində yaşayacaq. Həmişə görüntülü zəng edərdi. Bizi öpüb qucaqlayardı. Əslində, indi də öpüb qucaqlayır, amma mən bunu hiss etmirəm. Mən atamla fəxr edirəm.

Oxu24.com  AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Qubadan olan şəhid mayor Aqil Məlikovun doqquz yaşlı qızı Xədicə söyləyir. Xədicənin atası Vətən müharibəsində qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucalıb. 34 yaşlı zabit düşmən üzərinə atılan ilk döyüş qruplarında yer alıb. Füzuli rayonunun dörd kəndinin azad olunmasında iştirak edib. Qaraxanbəyli kəndində gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olub.

Atası Niyaz Məlikov bildirir ki, Aqil döyüşlər başlayan vaxt evə zəng edərək sevinclə çoxdan gözlədiyi günün gəlib çatdığını bildirib.

"Aqil Vətənini çox sevirdi. Orta məktəbi bitirdikdən sonra hüquqşünas olmaq istəyirdi. Məzun olduğu ilk il qəbul imtahanlarında az bal yığdığından hüquqşünas ixtisasına daxil ola bilmədi. Növbəti il isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olundu. Zabit kimi Vətənə xidmətə başladı. Onun haqqında ancaq xoş sözlər eşitmişəm. Sentyabrın 27-də Aqillə telefonla danışdıq. Yüksək əhval-ruhiyyədə bildirdi ki, ermənilərin müdafiə xəttini yarıb, artıq üç kəndimizi mənfur düşmənlərdən azad etmişik. Bu onunla sonuncu danışığımız oldu. Sonra şəhid olduğunu öyrəndik. Oğlumla fəxr edirəm", - deyə Niyaz Məlikov söyləyib.

Aqil Məlikov 1986-cı ildə Quba rayonun Alpan kəndində doğulub. Onda uşaq yaşlarından ermənilərə böyük nifrət formalaşıb. Çünki doğulub boya-başa çatdığı Alpan kəndi ötən əsrin əvvəllərində ermənilər tərəfindən yandırılaraq tamamilə məhv edilib, sakinləri isə soyqırımına məruz qalıb. Aqil Məlikov 100 il sonra yurdunun qisasını ermənilərdən alaraq şəhidlik zirvəsinə ucaldı. Döyüş yoldaşlarının söylədiyinə görə Aqil şəhid olanadək düşmənin üzərinə yeriyib, onlarla erməni döyüşçüsünü məhv etməyi bacarıb.

Şəhidin anası Sara Məlikova bildirib ki, Aqil on il əvvəl ailə həyatı qurmuşdu. İndi 5 yaşındakı oğlu Süleyman və 9 yaşlı qızı Xədicə ondan yadigarıdır.

Aqil Aprel döyüşlərinin də iştirakçısı olub. Xidməti ərzində bir neçə dəfə medallarla təltif edilib. Müdafiə naziri Zakir Həsənov ona şəxsən qol saatı hədiyyə edib. Mayor rütbəsi aldığını isə ailəsi Aqil şəhid olduqdan sonra öyrənib.

Vətən müharibəsində qəhrəmanlıqla döyüşərək şəhid olan mayor Aqil Məlikov Alpan kənd qəbiristanlığında dəfn olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu gün şəhid polkovnik-leytenant Raquf Orucovun doğum günüdür
Pərviz Xəlilzadə xəstəxanada açıqlama verdi - VİDEO
Bu gün Şükür Həmidovun şəhid olduğu gündür

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Səidin meyiti tapıldı- Video
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
"Bəzi cinayətlərin açılmasında mətbuatın da öz tövhəsi olub" - Kamran Əliyev