"İstənilən halda, yayılan videonun təxribat olduğu bəllidir. Çünki çox uzaq tarixə getməsək, son 30 illik müharibə tarixində ermənilər özləri də vəhşiliklər etdiklərini açıq etiraf ediblər və bunula qürur duyduqlarını nümayiş etdiriblər. Xocalı qətliamı zamanı etdikləri bütün dünyaya bəllidir".
Bu sözləri Redaktor.az-a açıqlamasında hərbi məsələlər üzrə ekspert, polkovnik Fəhmin Hacıyev deyib. O bildirib ki, bu qətliyamın birbaşa iştirakçısı olmuş Rusiya və onun hərbçiləri həm də şahiddir:
"Hesab edirəm ki, bu cür videoların azərbaycanlılar adından yayımlanması indiki həssas məqamda döyüş səhnəsində qazandığımız faktiki qələbəni hüquqi cəhətdən xeyrimizə sonlandırılmasına qarşı təxribatdır. Çox böyük ehtimalla bunu Azərbaycanın düşməni - Ermənistanın və yaxud digər qonşu dövlətlərin xüsusi xidmət orqanları təşkil edir. Hüquq mühafizə orqanları belə vicdansızları aşkarlayıb, məsuliyyətə cəlb etməlidir".
Oxu24.com
ŞƏRHLƏR