Biləsuvar rayonunda şəhid gizir, 1994-cü il təvəllüdlü Əlizadə Tahir Qəribəli oğlu dəfn edilib.
"Report"un məlumatına görə, bir ay əvvəl ağır yaralan gizir həkimlərin səyinə baxmayaraq bu gün xəstəxanada vəfat edib.
Şəhid bu gün şəhər qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində rayon İcra Hakimiyyətinin rəsmiləri, rayon sakinləri və şəhidin yaxınları iştirak ediblər.
Oxu24.com
ŞƏRHLƏR