Çexiyalı alimlər səthinə düşən bakteriya və virusları məhv edən xüsusi kağız hazırlayıblar.
Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, kağızın yeni növ koronavirusu da məhv edə biləcəyi bildirilir.
Məlumata görə, kağıza sink və gümüşə əsaslanan xüsusi kimyəvi maddələr hopdurulub. Onlar virusları, bakteriyaları və mayaları öldürürlər, insan dərisi üçün isə təhlükəsizdirlər.
Bir dəqiqə ərzində kağızın səthindəki mikrobların 99 faizi yox olur.
Testlər göstərib ki, 10 dəqiqə ərzində bu cür kağıza düşən koronavirus hissəciklərinin 70 faizi ölür, 30 dəqiqə ərzində isə tamamilə yox olur.
Yeni ixtiradan banknotların və müxtəlif sənədlərin istehsalında istifadə olunacağı ehtimal edilir. Çexiyada ilkin mərhələ üçün 10 ton belə kağız istehsal etmək planlaşdırılır.
Oxu24.com
ŞƏRHLƏR