Dünən qazimiz Azadov Ülvi İlham oğlunun uğurlu əməliyyat olduğu haqqında məlumat verilmişdi.
Oxu24.com xəbər verir ki, bu gün qazinin atası zəng edrək onun səhhətinin yaxşılaşdırılması üçün yığılan yardımın kartdan çəkildiyini bildirib.
Belə ki, məlum şəxs zəng edərək İlham Azadova yardım etmək istədiyini bildirib, bank kartı istəyib. Qazinin atası da kartın şəklini göndərib. Daha sonra həmin nömrənin sahibi pulu köçürmək üçün kartın əks tərəfinin şəklinin lazım olduğunu bildirib. Valideyn də buna ehtiyac olmadığını bilmədiyi üçün kartın əks tərəfinin şəklini də göndərib. Az sonra Ümidə mesaj gəlib ki, kartdan 139 manat çəkilib. Bu mesajdan sonra isə həmin zəng edən nömrə zənglərə cavab vermir.
Məsələ ilə bağlı artıq polisə müraciət edilib və həmin nömrə polisə təqdim edilib.
Oxu24.com
ŞƏRHLƏR