ABŞ Hindistan Donanması ilə Malabar təlimlərinə qatılmaq üçün Fars körfəzindən çıxan "USS Nimitz" təyyarə gəmisinə geri qayıtmaq əmri verib.
Publika.az xəbər verir ki, əmr İranın nüvə alimi Muhsin Fəxrizadənin sui-qəsd nəticəsində öldürülməsindən əvvəl gəlib.
ABŞ donanmasından mövzu ilə bağlı hələ ki rəsmi açıqlama verilməyib.
CNN telekanalına açıqlama verən hərbi vəzifəli mənbə “USS Nimitz” gəmisinin müşayiətindəki döyüş gəmiləri ilə Yaxın Şərqə geri qayıtdığını deyib.
Qeyd edək ki, alimin ölümündə ABŞ-la yanaşı, İsrail də günahlandırılır.
Oxu24.com
ŞƏRHLƏR