Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
42829
az

"Bu son deyil, biz geri dönəcəyik” - Laçının Zabux kəndindəki silahlı erməni arvad -VİDEO

11:2528 Noyabr, 2020
10646
OXU24 TV
  • A
Ermənilərə bildirilib ki, azərbaycanlılarla birgə yaşamaq istəsələr, bu, onların öz iradəsidir... "Göründüyü kimi, dinc erməni anlayışı çox şübhəlidir: bunların çoxu- qadınlı-kişili potensial işğalçı və terrorçudur..." Gecə saatlarından yayılmış xəbərlərdən bəlli olduğu kimi, artıq 10 Noyabr razılaşmasına əsasən mülki işğalçı ermənilər Laçın rayonunun 50 kəndini tərk ediblər. Lakin bir neçə gündür ki, erməni mənbələrində bəhs edilən rayonun mərkəzi olan Laçın şəhəri və daha iki kəndin Ermənistanın nəzarətində qalacağı haqda iddialar səslənir. Həmin kəndlərdən biri də Laçın-Gorus-Qafan-İrəvan yolunun üzərində, işğalçı ölkə ilə sərhəddə yaxın yerləşən Zabux kəndidir. Görəsən, hazırda hələ də ermənilərin qaldığı həmin kənddə nə baş verir? Moderator.az xəbər verir ki, News.am saytının yaydığı məlumata görə, “Axavno” adlandırılmış Zabux kəndinin qanunsuz erməni sakinləri evlərini boşaltmaq üçün əşyalarını toplayırlar. Muşeq Bakhuntsun sözlərinə görə, kəndin kimin nəzarətində qalacağıyla bağlı hələ də etibarlı məlumatları yoxdur. Əşyalarını toplayan digər qeyri-qanuni sakin Sasun Bağdalqulyan kəndin Azərbaycana veriləcəyini deyildiyini söyləyib. Eyni zamanda bildirilib ki, azərbaycanlılarla birgə yaşamaq istəsələr, bu, onların öz iradəsidir. Bu halda evlərə toxunmamaq və sökməmək barədə xəbərdarlıq edilib. “Heç birimiz kəndimizi, erməni elitasının etdiyi kimi, türklərə qoyub etməyəcəyik. Bu, son deyil, biz geri dönəcəyik. Biz əşyalarımızı çıxaracağıq, amma adamlarımız burada qalacaq. Bu dağın başında oturub gözləyəcəm, görüm, nə baş verir"- deyə Zabuxdakı çiynində avtomat silah olan erməni arvad bildirir. Zabuxun qanunsuz “mer”i Andranik Çavuşyan qeyd edir ki, kəndin düşmənə təslim edilib-edilməyəcəyi rəsmən elan olunmayıb. O bildirib ki, sonadək mübarizə aparacaq və Zabuxdan heç bir erməni evinin köçürülməsinə imkan verməyəcək... Onu da xatırladaq ki, 2014-cü ildən bəri Livandakı erməni iş adamlarının maliyyəsi hesabına Zabuxda sülənən ermənilər üçün 100-ə yaxın yeni ev tikilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kirpi ona hücum edən bəbiri deşik-deşik etdi— VİDEO
İlan ilbisi yedi — Viral olan həmin video
Xəzər dənizində naməlum varlıq görüldü –İNSANLAR QORXU İÇİNDƏ…

Ayaqları mavi olan quşun sirri

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
Kirpi ona hücum edən bəbiri deşik-deşik etdi— VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ginekoloqların uşağı olmayan qadınlara tövsiyəsi: 1 toxumla 11 qayda çarədir
Nazim Bəydəmirlinin şikayətinə bu tarixdə baxılacaq