Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
42594
az

Polad Həşimovun anası ağladı: “Torpaq deyə-deyə getdi, amma görmədi” - VİDEO

15:5525 Noyabr, 2020
465
QARABAĞ
  • A

"Qələbəni igid əsgərlərimizin, komandirlərimizin, generallarımızın, zabitlərimizin şücaəti nəticəsində qazandıq. Vuruşaraq torpaqları geri aldılar. Canlarını qoyub, qanlarını töküb torpaqlarımızı azad etdilər. Torpaq elə-belə azad olunmur”.

Oxu24.com  xəbər verir ki, bu sözləri şəhid general Polad Həşimovun anası Səmayə Həşimova Xəzər TV-də yayımlanan "Vaxtı gəldi” proqramında deyib. O bildirib ki, Poladın bu günləri görmədiyinə çox təəssüflənir:

"Gərək bu igidlərimizi göz bəbəyimiz kimi qoruyaq. Birinci növbədə qazilərimizin qarşısında bütün millət baş əyməlidir. "Vətən" deyə-deyə şəhid olan şəhidlərimizin qarşısında mən - Polad Həşimovun anası baş əyirəm.

 

Qaziləri görəndə dözə bilmirəm. Çox sağ olun, siz bizim yolumuzda qazi olmusunuz. Ruh düşkünlüyü ilə deyirəm ki, oğlum Polad Həşimov "torpaq" deyə-deyə getdi, amma alınan gününü görmədi.

Buna görə çox qürursuzam. Qazi analarına müraciət edirəm, dözümlü olsunlar. Allahın qisməti belə imiş, tale belə yazıb. Mən o ananın nə hisslər keçirdiyini, ürəyindən necə qanlar axdığını başa düşürəm. Ana olmasan, bunu başa düşməzsən.

Şəhid anaları, yəqin ki, ürəyində çox şey fikirləşirlər. Hər bir ana qucağında övlad böyüdəndə nələr fikirləşirmişlər... Onlar bu gün arzularına gəlib çata bilməyən analardır. Dözməlidirlər, Allah bütün analara dözüm versin”.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Şuşa" həbsxanası ilə bağlı yeni xəbər -VİDEO
Şuşa Şəhərinin işğaldan azad olunmasından 4 il ötür
Laçına müntəzəm avtobus reysi açılır

Hazır qəhvə qocalmanı  sürətləndirir

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
Kirpi ona hücum edən bəbiri deşik-deşik etdi— VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ginekoloqların uşağı olmayan qadınlara tövsiyəsi: 1 toxumla 11 qayda çarədir
Murad Adıgözəlzadənin köməkçisi ev  dustaqlığına buraxıldı