Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
42585
az

"Şuşaya kanatla qalxdıq,14 saat kəşfiyyatdan sonra 400 nəfər..." - Kəşfiyyatçı danışır

12:5525 Noyabr, 2020
1265
REDAKTORUN SEÇİMİ
  • A

Dağlıq Qarabağın işğaldan azad edilməsi uğrunda mübarizə aparan hərbçilərimizdən biri - kəşfiyyatçı Alik Məmmədov Şuşanın necə azad edildiyi barədə danışıb.

Oxu24.com  xəbər verir ki, A.Məmmədov bildirib ki, Şuşadakı döyüşə bıçaq, tapança və "limonka" ilə daxil olublar:
"Şuşaya kanatla qalxdıq, döyüş əmrindən öncə yarım metr qarda 14 saat kəşfiyyatdan sonra 400 nəfər Şuşaya yaxınlaşmalı və o dağı, sıldırımı dırmaşmalı idi. Bıçaq, tapança, "limonka" ilə döyüşə gedirdik.

Bizi nə gözləyir bilirdik. 500 erməni dığasının biz daxil olan tərəfdə olduğu məlumatını əldə eləmişdik. Ən az sayda bu tərəfdə yerləşmişdilər, başqa mövqeylərində ağır artilleriya və canlı qüvvə sayı burdakından azı üç dəfə çox idi, çünki onlar bizim ordan, yollardan hücum edəcəyimizi güman edirdilər.

Heç bir insanın ağlına gəlməyəcəyi sıldırımları dırmaşıb, döyüşə artilleriyasız girəcəyimizi düşünmürdülər. Nəinki onların heç kəsin ağlına gəlməzdi ki, biz bıçaqla Şuşanı almağı düşünürük. Generalımız Hikmət Mirzəyevin düzgün döyüş tapşırığı, düzgün kordinatları olmasaydı, məhv ola bilərdik. Amma hər şey zərgər dədiqliyi ilə ölçülüb-biçilmişdi".

Kəşfiyyatçı qeyd edib ki, qayaları dırmaşdıqdan sonra əlbəyaxa döyüşə başlayıblar:

"Dəqiq deyə bilməyəcəm, təxmini desəm, həmin hücum anı 40-a yaxın erməniyə bıçaq salıb-çıxartmışam. Hər öldürdüyüm ermənini Mübariz və Polad deyib məhv eləmişəm. Onların arasına düşən panika belə general tərəfindən hesablanmışdı, panika yaranan kimi tapşırıq əsasında hərəmiz dəstə-dəstə əks istiqamətlərdə dağılışdıq. Ermənilər artıq həyəcan və qorxudan özlərinə atəş açırdılar. Onlar hətta öz əsgərlərinə belə inanmırdılar, yaxınlaşan erməni ermənini vururdu, çünki onların formasında belə biz ola bilərdik. Şuşa döyüşü bizim əzəmətimizi, gücümüzü, əsgərimizin qorxmazlığını onlara göstərdi. Onlar Şuşanı bir il dayanmadan müdafiə edə biləcək sayda silah sursat və canlı qüvvə ilə təmin eləmişdilər. Şuşa şəhidlərimizin qanı bahasına, kişiliyi, qorxmazlığı bahasına bir neçə saatda alındı. Hətta videolar da yayılıb".(Bakipost.az)

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ərlə arvad bir yerdə öldü — Azərbaycanda faciə
Kim Çen In üç generalını Rusiyaya göndərdi - DETALLAR
Tağı Əhmədovun hakim oğlu CƏZALANDIRILACAQ

Vanqa 2025-ci il üçün görün hansı proqnozu veribmiş — Dünya şokda

18+

İntim əlaqədə olublarmış— Bakıdakı cinayətin təfərrüatı
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Qadınlarda göbələk xəstəliyi
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı