Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
42454
az

Görsək ki, Fransa yenə qərəzli bəyanatlar verir, o zaman... - Deputat

20:1823 Noyabr, 2020
773
CƏMİYYƏT
  • A

“Fransa son zamanlar verdiyi bəyanatlarla Ermənistanı birmənalı şəkildə dəstəklədiyinə görə Minsk qrupunun üzvü kimi öz neytrallığını itirdi. Ancaq sonra Fransa prezidenti Makron Azəraycanın ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı bir bəyant verdi, öz münasibətini bildirdi”.

Bu sözləri Oxu24.com-a açıqlamasında deputat Nəsib Məhəməliyev deyib.

Azərbaycanını döyüş meydanında qələbə qazandığını diqqətə çatdıran N.Məhəməliyev qeyd edib ki, bu, diplomatik müstəvidə də onu möhkəmləndirmək üzrədir: “Hesab edirəm ki, Fransanın Minsk qrupunda həmsədrlikdən kənarlaşdırılması onun gələcəkdə bu prosesə münasibətindən asılıdır. Əgər görsək ki, Fransa bir həmsədr kimi yenə qərəzli bəyanatlar verir, münasibət göstərir, birmənalı şəkildə Ermənistanın mövqeyindən çıxış edir, onda biz onunla Minsk qrupunun həmsədri kimi əməkdaşlığı dayandıra bilərik”.

“Perisin meri Anna İdaloqonun Qarabağı müstəqil dövlət kimi tanımağa hazırlaşması da Fransa hökumətinin siyasəti deyil” sualına N. Məhəməliyev belə cavab verib: “Birincisi, Parisin meri öz səlahiyyətlərini nəinki aşır, eyni zamanda öz dövlətinin qanunverciliyinin əleyhinə bir siyasət aparır. Yaxşı olar ki, Fransa dövləti buna reaksiya versin. İkincisi də beynəlxalq hüquqa hörmətsizliyini göstərir. Çünki bütün beynəlxalq təşkilatlar, o cümlədən Fransa dövləti dəfələrlə bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və ərazi bütövlüyü prinsipindən çıxış edir. Belə olan halda, Parisin mövqeyi qərəzlidir. Biz Parisin merinin əvvəlki fəaliyyətinə baxanda görürük ki, o, erməni diasporunun təsiri altındadır. Yaxşı olar ki, “demokratiyanın beşiyi” adlandırılan belə bir dövlətin paytaxtının meri kimlərinsə şəxsi mənafeyinə uyğun deyil, ancaq qanunlara, hüquqa istinad etsin”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Limon suyunun möcüzəvi faydaları
Goranboyda ər-arvad dəm qazından öldü
Gecə saatlarında ACI XƏBƏR: ölən və yaralanan var

Vanqa 2025-ci il üçün görün hansı proqnozu veribmiş — Dünya şokda

18+

İntim əlaqədə olublarmış— Bakıdakı cinayətin təfərrüatı
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Qadınlarda göbələk xəstəliyi
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı