Müəyyən xəstəlikdən sağaldıqdan və ya antibiotik qəbul etdikdən sonra bədəndə olan zərərli maddələrin çıxarılmasını tezləşdirmək üçün ilk günlər qreypfrut, alkoqol, maya və şəkəri qəbul etmək lazım deyil.
Oxu24.com xəbər verir ki, bunu diyetoloq Anna İvaşkeviç deyib.
Onun sözlərinə görə, bəzi dərmanlar bağırsağın mikroflorasını poza bilər: “Bu məhsullar, ilk növbədə, antibiotiklərin orqanizm tərəfindən düzgün mənimsənilməsinə mane olur və ürəkbulanma, qarın ağrısı və hətta nizamsız ürək ritminə səbəb ola bilir.
Əgər antibiotiklə özünüzü həkim göstərişi olmadan müalicə etsəniz bu daha ağır nəticələrə, kandidoza səbəb ola bilər. Eyni zamanda şirniyyat və un məhsullarının istifadəsi xəstəliyi daha da ağırlaşdırar ”.
O, qeyd edib ki, probiyotiklərlə zəngin qidalar həzmi yaxşılaşdırır və yan təsir riskini minimuma endirməyə kömək edir: “Turş kələmi yemək məsləhətdir. Bundan əlavə, enginar, spanaq, kəpəkli taxıl, təbii qatıq, kefir, meyvə və tərəvəz, cəfəri, Brüssel kələmi və dəniz ağtikanı giləmeyvəsi faydalıdır”.
Oxu24.com
ŞƏRHLƏR