Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4212
az

Müəllim məhkəməyə zorla gətiriləcək -

10:2803 Avqust, 2018
1434
KRİMİNAL
  • A
 
Əfsuslar olsun ki, ötən iclasda olduğu kimi hakim bu dəfə də heç bir əsas gətirmədən əməkdaşımızın açıq məhkəmə iclasında oturmasına icazə verməyib.

İclasdan sonra şikayətçi tərəfin vəkili Adəm Məmmədov oxu.24.com-a məsələ ilə bağlı məlumat verib:

“Barəsində şikayət verilən şəxs Taliyə Mirzəliyeva gəlmədiyi üçün məhkəməyə vəsatət verdik. Hansı ki, o valideynləri sözügedən açıqlamalara təhrik edən şəxsdir. Məhkəmə həmin müəllimə haqqında məcburi gətirmə qərarı qəbul etdi. Buna görə iclas 9 avqust 15:00-a təxirə salındı. Növbəti dəfə də o iclasa gəlməsə, polis orqanları tərəfindən məcburi gətirilmə icra olunacaq. Ya iş yerindən, ya da yaşayış yerindən tapılıb gətiriləcək. Çünki hər iki ünvan məlumdur. Həmin şəxs gətirilənə kimi də vəsatət verəcəyik ki, təqsirləndirilən digər şəxslərin dindirilməsi davam etdirilsin, ifadələri alınsın”.

Cavabdeh tərəfin vəkili və ittham olunan valideynlərlə danışmağa çalışsaq da, onlar açıqlama verməkdən imtina edib.


Sözügedən məktəbin direktoru Tural Mirzəliyev oxu24.com-a açıqlasında məsələnin saytımız tərəfindən obyektiv işıqlandırılmadığını bildirib:

“Demək istədiyim odur ki, məsələni obyektiv işıqlandırmırsız. Məsələn, Rza Rzayev bizim şəkilimizi çəkir, bura gələn valideynlərin şəkilini çəkirdi. Biz sadəcə başa düşmürük Rzayev nə etmək istəyir, dalaşmaq istəyir, yoxsa bu işi hansı müstəviyə aparmaq istəyir? Hüquq müstəvisidirsə, buyursun, heç kim etiraz etmir. Birinci iclasda da siz var idiz, səhv etmirəmsə. Orada hakimin xəbərdarlıqları var idi. Onları qeyd etməmişdiz. Sadəcə istəyirəm ki, bu məsələ mediada obyektiv işıqlandırılsın”.

Xatırladaq ki, valideynlərin ona şər atdığını iddia edən Zeynəb Rzayeva xüsusi ittiham qaydasında AR Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət işinin başlanması üçün şikayət ərizəsi verib. Şikayət ərizəsinə görə, Rzayeva valideynlər - Salmanova Pərvanə, Məmmədova Aliyə, Muxtarova Fərqanə, İsmayılova Gülbəniz, məktəbin müəllimi Mirzəliyeva Taliyənin KİV qarşısında onun haqqında yalan və böhtan informasiyalar yayamqda, onun şərəf və ləyaqətini ləkələməkdə, ictimaiyyətdə onu nüfuzdan salmaqda günahlandırır.

Sözügedən videoda valideynlər direktor müavini Zeynəb Rzayevanın onlardan müxtəlif vaxtlarda müxtəlif vasitələrlə pul yığdığını və işinə məsuliyyətsiz yanaşdığını iddia etmişdi. Həmin videonu təqdim edirik:





Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Cəlilabaddan ACI XƏBƏR: ölən və xəsarət alanlar var
Bakıda tələbə qızları izləyən manyak PEYDA OLDU -FOTO
Sabirabadda ana doğuşdan sonra öldü

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY
Yuxuda pul görməyin mənası nədir... - Yuxuyozma

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Alimlər yeni pandemiyaya səbəb ola biləcək virusları aşkarlayıblar
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı