Bakıya yağan güclü yağış fəsadlar törədib.
APA TV xəbər verir ki, Paytaxtın Nizami rayonu, Qara Qarayev 61 ünvanında yağışın təsiri nəticəsində bir neçə metr hündürlüyündə olan daş hasar uçub.
Nəticədə ərazidə olan 3 avtomobil uçqunun altında qalıb, onlardan ikisi yararsız hala düşüb.
Hadisə zamanı yalnız 1 avtomobildə sürücü olub. O da dərhal avtomobili hadisə yerindən kənarlaşdırdığı üçün xoşbəxtlikdən xəsarət alan olmayıb.
Paytaxt sakini Fuad Əliyev deyir ki, hadisə səhər saatlarında baş verib: “Hadisə qəfil baş verdi. Səhər saatları idi, dəhşətli bir səs eşitdik. Gurultu səsi. Hamımız pəncərəyə çıxdıq. Mən sözün açığı elə bildim göy guruldayır. Sonra gördük ki, vəziyyət budur. Qonşuların avtomobilləri yararsız hala düşüb. Mənim də avtomobilim burada idi. Amma ona heç nə olmamışdır”.
Hazırda uçqun nəticəsində sakinlərə dəymiş zərərin miqdarı və uçqunun dəqiq səbəbləri araşdırılır. Araşdırma işləri başa çatqıdan sonra isə zərər çəkmiş avtomobillər və əraziyə tökülən torpaq oradan götürüləcək.
Oxu24.com
ŞƏRHLƏR